Mingəçevirdə xəstə və ətraf üçün təhlükə yaradan 587 ağacın kəsilib götürülməsinə qərar verilib.
Məlumata görə bu addım şəhər İcra Hakimiyyətinə daxil olmuş rəsmi müraciətlər və aidiyyati qurumların apardığı araşdırmalara əsasən atılıb.
Respublika Ekoloji Ekspertiza Agentliyi əməkdaşlarının şəhərin yaşıllıq zolaqlarına keçrdiyi kompeks baxış zamanı park zolaqlarında xəstəlik səbəbindən məhv olmuş 412 ədəd şam ağacı müəyyən olunub.
Eyni zamanda agentliyin ekspertləri Mingəçevirin küçə, məhəllə və müəsssələr ətrafında 134, həmçinin Energetiklər yaşayış massiv ərazisində veqetasiya dövrünü başa vurmuş, ətraf üçün təhlükə törədən müxtəlif növ 41 ədəd ağac müəyyən olunaraq kəsilib, daşınmasına rəy verilib.
Ekoloji Ekspertiza Agentliyinin müvafiq rəyinə əsasən şəhərin təsərrüfat müəssisələri 8 saylı Regioanal Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının nəzarəti altında ümumilikdə 587 quru ağacın kəsilməsi prosesinə start verib.
Ehtiram Muradov