Mingəçevirdə “10 dəqiqəyə sığan dünya” layihəsinin müsahibə mərhələsi keçirilib-FOTOLAR

Mingəçevirdə ilk dəfə reallaşan “10 dəqiqəyə sığan dünya”şagird -radio layihəsinin icrasına başlanılıb.
04.10.2025-ci il tarixdə İ.Qayıbov adına Mingəçevir şəhər 10 №-li tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “10 dəqiqəyə sığan dünya” layihəsinin müsahibə mərhələsi uğurla həyata keçirilib.
Kanal32.az-a verilən məlumata görə  layihənin məqsədi şagirdlərdə 21-ci əsr yumşaq bacarıqlarını (soft skills) və eyni zamanda 4K bacarıqlarını (kreativlik, kritik düşüncə, kommunikasiya və kooperasiya) inkişaf etdirməyə xidmət edir.
Müsahibə mərhələsi layihə rəhbəri Rəna Səfərova, ekspert Natəvan Xəlilova, layihənin təlimçisi,teleaparıcı İnqlab Şirinli və koordinator Məhbubə Fərhadlının iştirakı ilə reallaşdırılıb.
Müsahibə mərhələsində layihənin məqsədlərinə və icra planına uyğun şəkildə davam etməsi və ustad təlimlərin keçirilməsi üçün lazım olan sayda şagird seçilib.
Qeyd edək ki, şagirdlərdə bu layihəyə olan yüksək maraq və motivasiya da diqqətimizdən qaçmadı və bu, layihənin yüksək səviyyədə reallaşması üçün ən əsas meyardır.Şagird-radio layihəsinin müsahibə mərhələsi bir daha göstərdi ki, hər bir uşağın səsi dəyərlidir və eşidilməyə layiqdir.
“Kanal32” Media Şəbəkəsi olaraq layihədə iştirak edən və bu sahədə öz bilik və bacarıqlarını artırmağa açıq olan bütün şagirdlərə uğurlar arzu edirik!
 Kanal32.az 
Mingəçevirdə “10 dəqiqəyə sığan dünya” layihəsinin müsahibə mərhələsi keçirilib-FOTOLAR