Mingəçevir xəstəxanasına yeni direktor təyin olundu -FOTO

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquq Şəxsin vakant olan direktor vəzifəsinə yeni təyinat verilib. Əmrə əsasən bu vəzifəyə xəstəxananın baş həkim vəzifəsini icra edən reanimatoloq həkimi Ülfət Qurbanov təyin olunub.


Qeyd edək ki, Ülfət Qurbanov bu vəzifədə bir nüddət öncə işindən azad olunmuş direktor Faiq Abdullayevi əvəz edib.
Qarşıdakı bir neçə gün ərzində yeni direktor kollektivə təqdim olunacaq.
Esmira Hidayətova,Mingəçevir