Mingəçevir Turizm Kollecində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə yaradılan “Asudə vaxt otağı” nın, “Turizm laboratoriyası” nın və “İnformasiya kommunikasiya texnologiyaları laboratoriyası” nın açılışı keçirilib.
Kanal32.az-a verilən məlumata görə tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Dövlət Universitetinin rektor əvəzi Üzeyir Zeynalov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəis müavini Kamal Nəcəfli, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov, Kür Olimpiya İdman Tədris Mərkəzinin direktoru Ceyhun Mirzəyev, “River Side” otelinin direktoru Elşən Muradov, “Hitech İnvest MMC”-nin icraçı direktoru Orxan Nadirov, Mingəçevir Tibb Kollecinin şöbə müdiri Azər Quliyev , “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev, “El” Televiziyasının aparıcı – redaktoru, Beynəlxalq Jurnalistrlər Federasiyasının üzvü İnqilab Şirinli və müstəqil jurnalist Esmira Hidayətova iştirak ediblər.
Yeni laboratoriya otaqlarının açılışında məqsəd strateji inkişaf planının müvafiq bəndinə uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, tələbələrdə işgüzarlıq, təşkilatçılıq və kommunikativ vərdişləri aşılamaq, onların kompüter texnologiyaları sahəsindəki biliklərini inkişaf etdirməkdir.
Tədbirdə həmçinin kollecin strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə “Məşvərət Şurasının ” yaradılması haqqında məlumat verilib və bu istiqamətdə müzakirələr aparılıb.
Kanal32.az