Mingəçevir Turiz Kollecində mühüm tədbir-FOTOLAR

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin illik fəaliyyətlər planına uyğun olaraq 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü çərçivəsində qurumun tabeliyində olan Mingəçevir Regional Laboratoriyası tərəfindən növbəti maarifləndirmə tədbiri keçirilib.

Kanal32.az xəbər verir ki,maarifləndrimə tədbiri çərçivəsində bu dəfəki görüş Mingəçevir Turiz Kollecində müəllim və tələblərinin iştirakı ilə baş tutub.

Maarifləndirmə tədbirini giriş sözü ilə teleaparıcı,AJB-nin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli açıb. Bu qəbildən olan görüşlərin bütün təhsili müəssisələrində keçirilməsinin əhəmiyyətindən danışıb. Kürəsəl problemlər fonunda sağlamlıq amilinin dünyanın inkişaf etməkdə olan ölkələrinin pioriteti olduğunu,epidemik vəziyyətlərə qarşı sistemli mübarizə tədbirlərinin həyata keçirildiyini vurğulayıb.

Sonra çıxış edən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyasının müdiri Yeganə Aslanova bildirib ki, hər il dekabr dünyada QİÇS Mübarizə günün kimi qed olunur. İİV infeksiyası və QİÇS assosiasiyalı xəstəliklərin erkən diaqnostikası, müalicəsi İİV/QİÇS-lə mübarizədə Səhiyyə Nazirliyinin davamlı iş apardığını diqqətə çatdırıb.

Mütəxəssis İİV-İnsan İmmun virusu və QİÇS- Qazanılmış İmmun Çatışmazlığı Sindromu haqqında geniş məlumat verib və slayd vasitəsi ilə real faktları izahlı şəkildə təqdim edib. Azərbaycanda bu sahədəki mövcud vəziyyətdən və təhlükələrdən danışan həkim onu da bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə dünyada 40 milyona yaxın insan HİV virusunun daşıyıcısıdır və həmin insanların yüzdə 60-ı antiretrovirus terapiyası alır. Təhlükə bir addımlığımızda olsa da, ondan qorunmaq, onunla mübarizə aparmaq öz əlimizdədir. Ona görə də, xüsusən,gənclərimizi məlumatlandırmaq, maarifləndirmək olduqca vacibdir.

Məlumatlandırma təqdimatından sonra müəllim və tələblərin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tədbrinin moderatoru İnqilab Şirinli maarifləndirmə tədbirinin təşkilində göstərdiyi dəstəyə görə kollecin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinə təşəkkürünü bildirib.

Azər

Kanal32.az

Mingəçevir Turiz Kollecində mühüm tədbir-FOTOLAR