Mingəçevir Dövlət Dram Teatrı iki günlük qastrol səfərindən qayıdıb.
Qastrol səfərini Zaqatala və Balakən rayonlarında keçirən teatr adı çəkilən rayonların hər ikisində həm azyaşlılar həm də böyüklər üçün olan tamaşalarla çıxış etmişlər. Teatrın aktyoru İlqar Rəhimovun (müəllif: A. Şaiq) quruluş verdiyi “Tık-tık xanım” kukla tamaşası azyaşlıların sevincinə səbəb olub.
Elə bu səbəbdəndir ki, iki gün ərzində uşaqlar üçün oynanılacaq tamaşaların sayı artırılmalı oldu. Hər iki rayonda axşam tamaşalarından sonra (rej: Valeh Kərimov, müəl: İşi Məlikzadə “Subaylarınızdan görəsiniz”) əvvəlcədən planlaşdırıldığı kimi Xalq artisti, prezidentin fərdi təqaüdçüsü, Valeh Kərimovla tamaşaçıların görüşü olub.
Görüş zamanı tamaşaçılara V. Kərimovun iştirak etdiyi müxtəlif tamaşalardan səhnəciklər oynanılıb. Hər iki rayonda oynanılan tamaşalarda rayon rəhbərləri də iştirak etmiş, sonda çıxış edərək öz məmnunluqlarını bildiriblər.18-19 May tarixlərində baş tutan qastrol səfəri uğurla başa çatıb.