Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsində yaranan anti-sanitar vəziyyət təhlükə mənbəyinə çevrilib.
Kanal32.az-a verilən məlumata görə, doğum evində olan bir qrup pasiyentlər xəstəxanada yaranan durumla bağlı narazılıq edir. Belə ki, son 12 gün ərzində doğum evində yaranan tullantı məhsullar bir otağa yığılaraq qapısı bağlı saxlanılır. Nəticədə tullantıların qalaqlaşması nəticəsində anti-sanitar vəziyyət yaranaraq otaqda qurdlar əmələ gəlib, üfunət iyindən dayanmaq mümkün deyil.
İlkin məlumata görə, vəziyyətin yaranma səbəbi kimi xəstəxananın Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi ilə müqavilə bağlamaması göstərilir.
Yaranmış vəziyyətlə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mövqeyini dərc etməyə hazırıq.