Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli 11 illik musiqi məktəbinin rəhbərliyi məktəbin 1-ci, 2-ci və 3-cü siniflərinin valideynləri ilə görüş keçirilib.
Kanal32.az-a verilən məlumata görə,görüşdə direktor vəzifəsini müvəqqəti icra edən Zeynəb Həmidova şagirdlərin dərsə davamiyyəti, fərdi dərslərə məsuliyyətlə yanaşmağı ,məktəbin imtahan və tədbirlərində şagirdlərin fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Fortepiano şöbəsinin və Fərdi dərslər üzrə şöbənin müdirləri Zülfiyyə Mikayılova və Samirə Şirinova da valideynlərə öz tövsiyələrini veriblər. Tədrisin kefiyyətinin artırılması üçün müəllimlərlə valideynərin daim sıx əlaqədə olmasının əhəmiyyətini diqqətə çatrıblar.
Valideynlər qarşılıqlı müzakirlərlə keçirilən görüşdən məmnunluqlarını ifadə ediblər.