Mingəçevir şəhər Təhsil sektoru bağça uşaqlarını biraraya gətrdi-FOTOLAR

Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə tədbirlər planına uyğun olaraq  “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

Kanal32.az-ın məlumatına görə “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş və Şəhid övladlarının da iştirak etdiyi növbəti tədbir Mingəçevir 10 saylı körpələr –evi uşaq bagçasında  keçirilib.

Bu addım bir daha onu göstərib ki, gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman təhsil sektorunun diqqət mərkəzindədir.

“Qərənfil” körpələr evi-uşaq bağçasında baş tutan bayram tədbirində 1-dən 10-a qədər bağça uşaqlarının ifasında rəqslər və şeirlər qonaqların alqışları ilə qarşılanıb.

Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxışında bayram münasibəti ilə bütün uşaqları təbrik edib,onlara can sağlığı və firəvan həyat arzulayıb. Dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açıb.

.Təhsil sektoru tərəfindən bayram münasibəti ilə Şəhid övladlarına hədiyyələr təqdim olunub.

Bayram tədbiri şən musiqi sədaları altında davam edib.

Esmira Hidayətova