Mingəçevir Şəhər İcra Hakimiyyəti MDU-da maarifləndirici görüş keçirib-FOTOLAR

Şəhər İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Mingəçevir Dövlət Universitetinin dəstəyi ilə məişət zorakılığına dair maarifləndirici görüş keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin rəsmiləri, universitet tələbələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşdə məişət zorakılığının fiziki, psixoloji,ictimai və iqtisadi fəsadları müzakirə olunub.
Çıxış edənlər – monitorinq və əlaqələndirmə qrupunun katibi Səbuhi Hüseynov və Şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Qorxmaz Abbaszadə məişət zorakılığı anlayışından, həmçinin bu istiqamətdə dövlət orqanlarının fəaliyyətindən danışıblar.
     
Telejurnalist İnqlab Şirinli məişət zorakılığına qarşı mübarizədə medianın,xüsusən də, televiziyaların rolundan danışıb.Gənclərə  informasiya seçimində diqqətli olmağı tövsiyə edib və media savadlılığının önəmindən danışıb.
     
Psixoloq Aynaz Quliyeva isə zorakılığın psixoloji mexanizmləri, nəzarət, manipulyasiya və emosional təzyiq mövzularına toxunub. Sonda iştirakçıların sualları cavablandırılıb.
     
Mingəçevir Şəhər İcra Hakimiyyəti MDU-də maarifləndirici görüş keçirib-FOTOLAR