Mingəçevirdə Şəhər Polis Şöbəsinin rəisi şöbənin,əməkdaşları təhsil müəssisələrinin şagirdləri ilə narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici görüşlər keçirir.
Kanal32.az bildirir ki,görüşlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və sağlamlığa vurduğu ziyanlarla bağlı təbliğat aparmaq, məktəbliləri belə neqativ əməllərdən çəkindirmək, onların təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir. Artıq Ənənə halını alan belə görüşlərd təhsil müəssisələrində davam etdirilir.
Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə keçirilən maarifləndirici tədbirdə Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis-polkovniki Ədalət Əliyev , polis əməkdaşları ,şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova və məsləhətçi Zivər Tağıyeva iştirak ediblər.“Narkomaniyaya və digər zərərli vərdişlərə qarşı” adlı tədbirdə çıxış edən polis rəisi öz çıxışında şagirdlərlə maarifləndirici söhbətlər aparıb.
Bildirib ki, biz bu gəncliyi qorumalıyıq:” Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və narahat edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyil təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında artır. Çünki sizlər daha çılğın və emosional, istəklərinizi həyata keçirmək üçün ən gözlənilməz yollara da əl ata bilərsiz. Bu da təbii ki, sizləri könüllü olaraq narkotika alverçilərinin müştərisi edə bilər. Biz də polis vətəndaşı olaraq bu kimi qanunsuz əməllərin qarşısını almaq üçün mütamadi olaraq bütün təhsil ocaqlarında olan gənclərlə bu tədbirlərimizi davam etdirəcəyik. Ancaq məni narahat edən əsas məsələ narkomaniya ilə digər vərdişlərdə narahat edir. Bizə məlumat daxil olur ki, təhsil ocaqlarında da narkotikə meyilli tələbə və şagirdlər var. Ona görə də mən rəhbər işçilərdən xahiş edirəm ki, ciddi nəzarət edin. Biz yol verə bilmərik ki ,gələcək nəsil məhvə sürüklənsin. Ona görə də bütün təhsil ocaqları nəzarətimiz altında olacaq. Narkomaniya ilə bağlı və digər zərərli vərdişlərə qarşı mübarizəyə hamılıqla qoşulmalıyıq ki, bu bəlanın qarşısını alaq”.
Çıxış edən Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili polis-mayoru Emir Cavadov narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri barədə danışıb.
Daha sonra polis əməkdaşları “Dini ekstremizm və radikalizm”, “Erkən nikah və onun fəsadları”, “Yol hərəkətinin təhlükəsizliyi”barədə şagirlərlə maarifləndirici söhbətlər aparıblar. Sonda şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
Esmira Hidayətova,
Mingəçevir