Mingəçevir polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional mətbuat xidmətindən verilən məlumata görə bayram digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər.
“Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq.
Respublika ərazisində avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən profilaktik-maarifləndirmə tədbirləri genişləndiriləcək. Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq”, – deyə bildirilib.
Mingəçevir şəhər polis şöbəsinin yol polisi bölməsinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. Səhər saatlarından saat 14.00. yol hərəkəti qaydalarında qədər heç bir neqativ hal aşkarlanmayıb. Polis vətəndaşları sürücülərə qaydalara əməl etməyi tövsiyə edir.
Esmira Hidayətova,
Mingəçevir