Mingəçevir Kür Hazırlıq Mərkəzi müəllim və dinləyiciləri ilə birlikdə fənn festivalı keçiriblər.
Festivalın keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Sərgi şagirdlərin bilik boşluqlarının aradan qaldırılmasına, onların fənlərə marağının artırılmasına və tədris proqramını daha yaxşı mənimsəmələrinə xidmət edir. Şagirdlərin müxtəlif fənlərdən hazırladıqları təcrübələr,kiçik dialoqlar,maraqlı fəaliyyətləri ilə öz bacarıqlarını nümayiş etdiriblər.
Sərgidə eləcə də çalışqanlığı ilə seçilən şagirdlər nəzəri cəlb etdi. Hər bir şagird öz mövzusu ilə bağlı məlumat verdi və müəllimlərini maraqlı suallarla təəccübləndirdilər. Bu festivalda həm maarifləndirici, həm də yaradıcı düşüncəni inkişaf etdirən bir tədbir kimi qiymətləndirildi. Tədbirin sonunda müəllimlər şagirdlərin fəallığını yüksək qiymətləndirərək onlara təşəkkür etdi lər.
Kursun direktoru Rubail Nəbiyev bildirib ki,təşkil etdiyimiz bu kimi festivallarda şagirdlərimiz möhtəşəm bilik və bacarıqlarını göstərirlər. Bu gün bu sərgidə şagirdlər dəqiq fənlər üzrə kimya,fizika,biologiya,riyaziyyat fənləri üzrə təcrübələr,eksprementlər nümayiş etdirdi.Həmçinin humanitar fənlər üzrədə şagirdlər arasında yarışmalar keçirilib.Bu da şagirdləri həm həvəsləndirir və motivasiya verir.
Esmira Hidayətova