Mingəçevir ictimaiyyətinə ağır itki üz verib-Tanınmış dövlət qulluqçusu vəfat edib-FOTO

Mingəçevir ictimaiyyətinə ağır itki üz verib.

Kanal32.az xəbər verir ki, uzun illər Mingəçevirdə müxtəlif vəzifələrdə çalışmış, Dövlət qulluğu müşaviri Bayram Mustafa iyulun 21-i səhər saatlarında uzun sürən xəstəlidən sonra vəfat edib.

Bayram Ağamirzə oğlu Mustafa 1947-ci ildə Samux rayonunun Mansurlu kəndində anadan olub. Yeniyetməlik və gənclik illərində idmançı kimi bir sıra idman növləri üzrə uğurlara imaz atıb, şəhərdə idmanın kütləviləşməsinə və inkişafına töfhə verib.Eyni zamanda bacarıqlı mütəxəssis kimi gənc yaşlarından turizm sahəsində çalışıb.

1991-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. 2012-ci ildən Dövlət qulluqçusu kimi təqdaüdə çıxıb.Qüsursuz və səmərəli fəaliyyətinə görə bir sıra medal və mükavatlarla təltif olunub.

Aktiv ictimai fəaliyyəti ilə tanınan Bayram Mustafa Samuxun və Mingəçevirin tarixi ilə bağlı bir sıra araşdırmaların və çoxsaylı elmi və publisistik məqalələri müəllifi olub.

“Kanal32” Media Şəbəkəsinin kollektivi olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlı verir, Ucra Tanrıdan rəhmət diləyirik. Tanrı ruhunu şad etsin!

                                       

Bünyad Şirinli

Kanal32.az