Mingəçevir Dövlət Universiteti möhtəşəm forum keçirdi-FOTOLAR

 Fevralın 13-də Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu – 2026” uğurla keçirilib.
Kanal32.az xəbər verir ki,Forum Mingəçevir Dövlət Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində baş tutub.
İştirakçılar öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələr düzüb, hörmət və ehtiramlarını ifadə ediblər. Ardınca rəsmi qonaqlar Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunan innovativ sərgiyə baxış keçirliblər.
29 ali təhsil müəssisəsi, 36 ümumtəhsil və peşə təhsili müəssisəsi, eləcə də 24-dən çox şirkət və təşkilat  nümayəndələrinin  qatılıdığı forumda Şəhidlərimizin və Ulu öndər H.Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib,Azərbaycan respublikasının Dövlət himini səsləndirlib.
Açılış nitqi ilə çıxış edən  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı  İlham İsmayılov qloballaşan dünya kontekstində Forumun əhəmiyyətinə diqqət çəkib və tədbirin işinə uğurlar arzulayıb.
Daha sonra çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, AzTU-nun rektoru, prof. Vilayət Vəliyev, ADNSU-nun rektoru Rüfət Əzizov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru  Rauf Cabbarov  təhsil sahəsində innovativ metodların tətbiqi və çağdaş təhsil trendlərindən, o cümlədən ölkəmizin ali məktəblərinin inkişaf strategiyalarından danışıblar.
             
Ümumilikdə  550-dən artıq iştirakçının qatıldığı forum ali və orta ixtisas təhsilində keyfiyyət təminatı, dayanıqlı inkişaf, innovativ yanaşmalar, beynəlxalq akkreditasiya və universitet–sənaye əməkdaşlığı mövzularına həsr olunub. Forum çərçivəsində universitet–sənaye inteqrasiyasının gücləndirilməsi məqsədilə bir sıra şirkət və qurumlarla Anlaşma və Əməkdaşlıq Memorandumları imzalanıb.( “Abıyev & Partners” şirkəti,“HS AZ (Holberton)” MMC, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, Keyfiyyət Assosiasiyası).
Daha sonra forum proqrama uyğun olaraq üç tematik panel iclası və “Süni intellektlə gücləndirilmiş təhsil: keyfiyyətin artırılması və dayanıqlı innovasiya” mövzusunda xüsusi vörkşopla davam edib. Panel və müzakirələrdə qlobal trendlər, rəqəmsallaşma, tətbiqyönümlü kadr hazırlığı və innovativ keyfiyyət mexanizmləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
  

 

 

KANAL32.AZ