Mingəçevir Dövlət Universitetinə Elm və innovasiya məsələləri üzrə prorektor təyin olunub.
Mingəçevir Dövlət Universitetində (MDU) Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə yeni təyinat həyata keçirilib. Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Natəvan Namazova MDU-nun Elm və innovasiyalar məsələləri üzrə prorektoru təyin olunub.
KANAL32.az-a verilən məlumata görə,yeni prorektorun kollektivə təqdim olunması münasibəti ilə universitetdə toplantı keçirilib. MDU-nun rektoru Anar Eminovun nazir Emin Əmrullayevin sözügedən əmrini oxuyaraq, yeni təyinatın universitetdə elmi fəaliyyətin gücləndirilməsi, innovativ təşəbbüslərin təşviqi və beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində aparılan işlərin sistemləşdirilməsi və inkişafı yönündə mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb və N.Namazovanı təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Natəvan Namazova göstərilən etimada görə Elm və təhsil naziri Emin Əmrullayevə təşəkkürünü bildirib və MDU-da elmi potensialın inkişafına, innovativ layihələrin tətbiqinə, elmi-tədqiqat mühitinin daha da gücləndirilməsinə töhfə vermək üçün səylə çalışacağını vurğulayıb.
Kollektiv üzvləri N.Namazovanı təyinatı münasibətilə təbrik edərək uğurlar arzulayıblar.
Namazova İstanbul Universitetində (Türkiyə) və Kaunas Universitetində (Litva) uzunmüddətli elmi tədqiqatlar aparıb, “Journal of Sustainable Development Issues” jurnalının redaksiya heyətinin üzvüdür. O, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində bakalavr təhsilini, 2012-ci ildə isə magistratura təhsilini fərqlənmə ilə bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Həmçinin, 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert Şurasının üzvü və elmi katibidir. Rus və ingilis dillərini sərbəst bilir.