Mingəçevir Dövlət Universiteti təkrar ali təhsilə sənəd qəbulu elan edir-FOTO

Mingəçevir Dövlət Universitetində 2026/2027-ci tədris ili üçün aşağıda qeyd olunan ixtisaslara (Azərbaycan bölməsi üzrə) ödənişli əsaslarla əyani və qiyabi təhsil formaları üzrə təkrar ali təhsil almaq üçün sənəd qəbulu başlanır. Təkrar ali təhsilə qəbul “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədlərin verilməsi QAYDASI” ilə həyata keçirilir. Mingəçevir Dövlət Universitetində təkrar ali təhsilə sənəd qəbulu 04 iyun 2026-cı il tarixdən elektron qaydada https://portal.edu.az/ portalı vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri https://portal.edu.az/ portalı vasitəsi ilə elektron qaydada təqdim edir. Sənədlər müvafiq tələblərə cavab verdikləri halda namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibələrin Mingəçevir Dövlət Universitetində əsas tədris korpusunda keçirilməsi nəzərdə tutulub.

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (scan variantda) təqdim etməlidirlər:

  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə) (scan variantı);
  • 3×4 sm ölçüdə fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti (scan variantı).
  • Vətəndaşın hazırkı “Tələbə-məzun” statutusunun müəyyənləşdirilməsi üçün dövlət elektron məlumat sistemindən çıxarış (my.gov.az portalından istifadə edə bilərsiniz);
  • İş yerinə dair arayış/əmək kitabçasının scan variantı.

         QEYD:

  • 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.
  • Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron formada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil hüququnu qazanacaqlar.
  • Təkrar ali təhsili almaq üçün əvvəlki ali təhsili fərqli və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir.
  • Təhsil ödənişlidir. Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun olaraq müəyyən edilmişdir (siyahı əlavə olunur).
  • Təhsil Azərbaycan dilində aparılır.

Ünvan: Dilarə Əliyeva küçəsi 21, Mingəçevir Dövlət Universiteti, Əsas bina, otaq 315

dos. Vəfa Məhərrəmova, Ömürboyu Təhsil Məktəbinin direktoru

Mobil/ WhatsApp: (051) 389 22 02;

Günel İsmayılova, Ömürboyu Təhsil Məktəbi, Qiyabi və təkrar ali təhsil bölməsinin müdiri

Mobil/ WhatsApp: (051) 790 20 89

İxtisasın şifri İxtisasların adı Təhsil haqqı (əyani) Təhsil haqqı (qiyabi )
1 6008006 Sosial iş 1600
2 6004002 Biznesin idarə edilməsi 1600 1400
3 6004003 Dövlət və bələdiyyə idarəetməsi 1600 1400
4 6004004 İqtisadiyyat 1600 1400
5 6004005 Maliyyə 1600 1400
6 6004006 Marketinq 1600 1400
7 6004007 Menecment 1600 1400
8 6004008 Mühasibat 1600 1400
9 6008007 Turizm bələdçiliyi 1600 1400
10 6008008 Turizm işinin təşkili 1600 1400
11 6005004 Ekologiya 1600
12 6006007 Ekologiya mühəndisliyi 1600
13 6006008 Elektrik və elektronika mühəndisliyi 1600
14 6006009 Energetika mühəndisliyi 1600
15 6006017 İnformasiya təhlükəsizliyi 1600 1400
16 6006016 İnformasiya texnologiyaları 1600 1400
17 6006022 Kompüter mühəndisliyi 1600
18 6005009 Kompüter elmləri 1600 1400
19 6006036 Nəqliyyat mühəndisliyi 1600
20 6006041 Sənaye mühəndisliyi 1600
21 6006015 Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 1600
Mingəçevir Dövlət Universiteti təkrar ali təhsilə sənəd qəbulu elan edir-FOTO