Mingəçevir su anbarında suyun ümumi həcmi ötən illə müqayisədə xeyli artıb.
Mingəçevir “dənizi”ndə suyun səviyyəsinin qalxması da çimərliyə üz tutan sakinlərə də çətinlik yaradır. Belə ki,suyun səviyyəsinin qalxması xidmət haqlarına da təsir edib.Bununla bağlı sakinlərlə söhbət zamanı aydın oldu ki,buxtaların da sayının azalması da qiymətlərə təsir edib.Amma buna baxmayaraq çimərlikdən istifadə edən xarici turistlərlə yanaşı paytaxtdan və bölgələrdən də gələnlər var.
Bakı sakini isə Bakıda qiymətlər baha olduğu üçün Mingəçevirə üz tutduqlarını deyir. O, su anbarının çimərlik ərazisində qumun az olmasından və natəmizlikdən gileylənib.
Esmira Hidayətova,
Mingəçevir