Mingəçevir şəhərinə yeni prokuror təyin edildi -FOTO

Mingəçevir şəhər prokuroru Qabil Səfərov vəzifəsindən azad olunub və şəhərə yeni prokuror təyin edilib.
Kanal32.az xəbər verir ki,Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Pərvin Quliyev Mingəçevir şəhər prokuroru təyin edilib. O, bu təyinata qədər Bakı şəhər prokurorluğunda Daxili İşlər orqanlarına nəzarət şöbəsinin rəisi işləyib.

Baş prokurorun digər əmri ilə Mingəçevirin Sabiq prokuroru Qabil Səfərov isə Zaqatala rayon prokuroru təyin olunub.