Mingəçevir “dənizi”ndən kimlər razi, kimlər narazıdır?-VİDEO+FOTO

Mingəçevir su anbarında suyun ümumi həcmi ötən illə müqayisədə xeyli artıb.
Mingəçevir “dənizi”ndə suyun səviyyəsinin qalxması da çimərliyə üz tutan sakinlərə də çətinlik yaradır. Belə ki,suyun səviyyəsinin qalxması xidmət haqlarına da təsir edib.Bununla bağlı sakinlərlə söhbət zamanı aydın oldu ki,buxtaların da sayının azalması da qiymətlərə təsir edib.Amma buna baxmayaraq çimərlikdən istifadə edən xarici turistlərlə yanaşı paytaxtdan və bölgələrdən də gələnlər var.
 Həmsöhbət olduğumuz Almaniyadan gələn turist suyun səviyyəsinin qalması ilə əlaqədar suya girə bilmədiklərini dedilər.Onlar bildirdi ki,Azərbaycanın digər görməli yerlərinə üz tutacaqlar. Göyçay,Gəncə və Bakıdan gələn qonaqlar hər şeyin normal olduğunu qiymətlər də onlara sərf etdiyini bildiriblər.
Bakı sakini isə Bakıda qiymətlər baha olduğu üçün Mingəçevirə üz tutduqlarını deyir. O, su anbarının çimərlik ərazisində  qumun az olmasından və natəmizlikdən gileylənib.
Esmira Hidayətova,
Mingəçevir