Mingəçevir şəhərindəki Milli Qəhrəman N.Qasımov adına 4 №-li tam orta məktəbdə H. Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə Milli Qəhrəmanın büstü önünə tər çiçəklər düzülüb. Daha sonra məktəbin akt zalında H. Əliyevə həsr olunmuş sərgiyə baxış keçirilib. Ardınca tədbir Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Mingəçevir Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Təhsil sektorunun məsləhətçisi Pərviz Seyfullayev, məktəbin direktoru Zaur Museyibov, Milli Qəhrəman Natiq Qasımovun ailə üzvüləri Nofəl Qasımov, Namiq Qasımov ,AYB-Mingəçevir bölməsinin üzvü,şair-publisist Məmməd Mərzili və gənc yazar Nərmin Əliyeva iştirak ediblər.
Tədbir çərçivəsində Ulu Öndərin zəngin həyat yolu, dövlətçilik fəaliyyətləri və Azərbaycan tarixindəki misilsiz xidmətlərini əks etdirən videoçarx nümayiş etdirildi. Daha sonra məktəbin şagirdlərinin hazırladıqları musiqi nömrələri,şeirlər,rəngarəng rəqs nömrələri nümayiş olundu.
Mingəçevir Təhsil sektorunun müdiri Rüstəm Aslanov çıxışında ulu öndər H. Əliyevin təhsilə strateji bir sahə kimi əhəmiyyət verməsindən, dilimizin dövlət dili olaraq inkişafından danışıb.Sektor müdiri bildirib ki, Azərbaycan dövlətinin təşəkkül və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. Ulu Öndər Azərbaycanın müasir tarixinin şanlı səhifəsini açmışdır. Məmməd Mərzili, Nofəl Qasımov, Nərmin Əliyeva çıxışlarında Ulu öndərin yolunu davam etdirən cənab prezidentimiz İlham Əliyevin ölkəmizin quruculuğunda olan rolundan,təhsilə göstərdiyi qayğısından söz açıblar.
Tədbirin sonunda məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə AYB-nin Mingəçevir bölməsinin tərifnaməsi şagirdlərə təqdim olunub.
Esmira Hidayətova