Milli Mətbuat demokratik mədəniyyətin ayrılmaz parçasıdır

22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. Ulu Öndər Heydər Əliyev: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. Bu fikirlər milli mətbuatın tarixi missiyasını yüksək qiymətləndirilməsini aydın şəkildə ifadə edir. Azərbaycanda ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Azərbaycan milli mətbuatı 151 ildə şərəfli inkişaf yolu keçib. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu.  XXI əsrdə informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biridir və dünyada önəmli dəyişikliklərə səbəb olmuşdur. Media fərdləri məlumatlandıran, ictimai rəyi formalaşdıran, sosial normaları formalaşdıran və demokratik proseslərdə ictimai nəzarətçi kimi çıxış edən əvəzolunmaz bir qüvvədir. Media qısaca yazılı, audio və vizual kütləvi kommunikasiya vasitələri kimi müəyyən edilir. Lakin bu gün o, o qədər geniş bir tərifi əhatə edir ki, hətta texnoloji inkişafın sürətli tempi belə onu tam şəkildə əhatə etmir. Yeni çoxqütblü dünya nizamının yaranması ilə qloballaşma prosesi sürətlənmişdir. Bu proses kommunikasiya və mediaya ən böyük təsir göstərib. Rabitə və informasiya texnologiyaları, xüsusən də internetdəki inkişaflar cəmiyyətləri bir-birinə daha da yaxınlaşdırıb və mədəni qarşılıqlı əlaqəni artırıb. Ənənəvi kütləvi kommunikasiya vasitələrindən rəqəmsal şəbəkələrə qədər media dünyanı birləşdirən və həyatın hər bir sahəsinə təsir edən  güclərdən biridir. Biz informasiya dövründə yaşayırıq. Media bu gün demək olar ki, hər kəsin qarşılıqlı əlaqədə olduğu bir vasitədir. Bəzən səs, bəzən şəkillər və ya mətn vasitəsilə ünsiyyət vasitəsi olan media artıq hər sahəni əhatə edir! Millətimizin, dövlətimizin, xalqımızın təhlükəsizliyinə, hüzuruna qəsd etmək istəyən bəzi mərkəzlərin terror faaliyətlərinə , xəyanət şəbəkələrinə, kökü xaricdə olan cərəyanlara qarşı mətbuatımız önəmli rola sahibdir. Əməkləri və alın tərləriylə ölkəmizin rifah səviyyəsinin yüksəlməsində, qarşıya qoyulan strateji hədəflərə çatmasında və dövlətimizin parlaq bir gələcəyə yürüşundə mətbuat çalışanları əhəmiyyətli rola sahibdirlər. Mətbuat demokratik mədəniyyətimizin ən önəmli parçalarından birisidir. Demokratiyanın təməl daşlarından olan mətbuatın xalqın zamanında məlumatlandırılması nöqteyi-nəzərindən əhəmiyyətli vəzifələri vardır. Mətbuat demokratik mədəniyyətin ayrılmaz bir parçasıdır. Demokratiyanın və kommunikasiyanın təməl daşlarından olan mətbuat , xəbər alma azadlığının ən təsirli vasitəsidir. Mətbuat, qurumlarla insanlar arasında məlumat axışını düzənləyir və bu çox əhəmiyyətli vəzifələr yerinə gətirir. Mətbuat və jurnalistlik çox böyük fədakarlıqlar istəyir və hər zaman her yerdə doğru xəbər verərək zaman məfhumu olmadan icra edilən bir peşədir.Milli mətbuat eyni zamanda millətin səsidir. Ölkəmizin bugün inkişaf edən iqtisadiyyatına və güclənən demokratiyasına Milli Mətbuatın rolu çox böyükdür. Mətbuat fədakarlıq istəyən məsləklərin başında gəlməkdədir. Mətbuat orqanlarında çalışanların məsləklərini icra edərkən dövlətin maraqlarını, xalqın çıxarlarını müdafiə edən məlumatlandıran öyrədici, gərçəkçi , millətin mənəvi dəyərlərini, həssasiyətini hər şeydən üstün tutmalıdırlar. Media demokratiyanın əsas halqalarından biridir və jurnalistlər düzgün məlumatı qərəzsiz şərhlə birbaşa vətəndaşlara çatdırmağa cavabdeh olan peşəkarlardır. Mətbuatın xalqı bilgiləndirmənin yanında başqa vəzifəsinin də birlik və bərabərliyini gorunması kimi vəzifələri vardır. Ölkəmizin tanıtımında da çok böyuk rolu vardır. Özəlliklə son zamanlarda internet qəzetəçiliyində əhəmiyyətli dəyişikliklər olmuşdur. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan vermişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərmanda kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalamışdır.Bu Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Mətbuatımız inkişf etmişdir və irəliləmişdır. Mətbuat çalışanlarımız vəzifələrini icra edərkən texnolojik imkanlarla məsləklərini modern üsullarala həyata keçirməktədir. Mətbuatın inkişafında ən böyük pay, vəzifələrini fədəkarca icra edən mətbuat işçiləridir. Bundan sonra da mətbuat işçiləri tarixi vəzifələrinin haqqlarını verəcəklər və səmimiyyətlə, dürüstlüklə, həyəcanla çalışacaqlar, Azərbaycan güclü bir dövlətdir. Şuşa Qlobal Media Forumu mətbuatın inkişafına, informasiya təhlükəsizliyinə, rəqəmsal transformasiyaya və dezinformasiyaya qarşı mübarizə kimi aktual mövzuların müzakirəsi üçün əlverişli mühit yaradır. Hər bir çətinliyin üstəsindən gələcəkdir. Milli birliyimizi və həmrəyliyimizi yaşadığımız müddətcə heç bir maneə dayandıra bilməz. İman varsa, həmişə imkan mümkün olacaq. Yolumuzdan dönməyəcəyik, yürüyüşümüzdən imtina etməyəcəyik, varlığımızı və birliyimizi qoruyan sarsılmaz bir iradəmiz var. Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasında  söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir. Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb.  Vətən , Millət, Bayraq Müqəddasat üçün canını fəda edərək şəhidlik mərtəbəsinə çatan şəhidlərimizi bu anlamlı gündə rəhmətlə yad edirik. Allah’tan rəhmət diləyirəm, qazilərimizə sağlıqlı bir yaşam diləyirəm.Milli Mətbuat günü münasibətiylə bütün mətbuat nümayəndələrini təbrik edirəm.İşlərinizdə uğurlar arzulayıram. Bayramınız mübarək, əziz dostlar!

S.e.f.d. dosent Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı

 

Milli Mətbuat- demokratik mədəniyyətin ayrılmaz parçası