“Milli İnkişaf” İctimai Birliyi təsis edildi

Kanal32.az xəbər verir ki,  bu günlərdə yeni bir ictimai birlik təsis olunub. Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının  akit üzvlərindən olan,i.e.d. professor Arzuman Muradlının təşəbbüsü ilə elm xadimləri,ziyalılar və media təmsilçilərinin  iştirakı ilə  “Milli İnkişaf” İctimai Birliyi (MİİB) təsis olunub.

33 nəfər iştirakçının iştirak etdiyi təsis iclasında 11 nəfərdən ibarət İdarə Heyyədi seçilib. Eyni zamanda iclasda bütün iştirakçıların  yekdil səsi ilə Arzuman Muradlı “MİİB-nin sədri seçilib.

Arzuman Muradlı bildirib ki, 4 sentyabr 2022-ci ildə təsis olunan MİİB-nin əsas məqsədi ölkəmizdə həyata keçirilən çoxşaxəli iqtisadi və sosial layihələrin həyata keçirilməsi istiqamətində yaxından iştirak etməkdir.

Sədrin sözlərinə görə. Milli İnkişaf İictimai Birliyi hər  hansı bir siyasi məqsədlər üçün təsis olunmayıb. Bu ictimai bir sifarişdir, dövlətimizin həyata keçirdiyi ideoloji siyasətin təzahürüdür. Həmçinin,44 günlük ikinci Qarabağ  müharibəsindən sonra, işğaldan azad edilən Azərbaycan torpaqlarının inkişafı,azad olunan ərazilərimizdə yenidən canlanmanın yaradılması üçün müxtəlif sosial-iqtisadi layihələrin icrası labüddür.

“Biz  “Milli İnkişaf” İB olaraq yeni bir ideyanın gerçəkləşdirlməsi məqsədi ilə səfərbər olduq. Belə ki, Qarabağa Böyük Qaydış planına töhfə vermək məqsədi ilə, daima ölkəmizin inkişaf strategiyasına  söykənən “Heydərabad” layihəsini ictimai müzakirəyə təqdim etdik. İnşallah bu layihənin həyata keçirilməsi üçün müvafiq təkliflərimnizi Azərbaycan dövlətinə təqdim edəcəyik”.

Arzuman Muradlı onu da vurğulayıb ki, MİİB-nin üzvüləri təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil,eyni zamanda ölkəmizdən kənarda yaşayan hər bir soydaşımız üzv ola bilər.