Millət vəkili İlham Məmmədov özünün feyzbuk səhifəsində Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin sərsəm açıqlamasına sərt şəkildə münasibət bildirib.
Kanal32.az həmin paylaşımı təqdim edir:
Rusiyanin təlxək və psixi emossional pozğunluğu olan əxlaq və tərbiyəsi ilə qeyri-ciddi siyasətcisi adlandirilan Jirinovski yenə də öz ampulasında Rusiya mətbuatına sərsəm acıqlama verib .
Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.Təbii ki, o özü də yaxsi bilir ki, onun bu sərsəm fikirləri bizim ücün bir qorxaq itin hürməsi, amma karvanın isə öz ahəngi ilə yoluna davam etməsidir. Ancaq nə edək ki, mayası və xisləti elə məşhur rus yazıçısı Bulqakovun əsərindəki itdən şərəfsiz və ləyaqətsiz bir adama cevrilmis Sarikov personaji ilə üst-üstə dusur. Hamımız da yaxsi bilirik ki, küçədə sülənən sahibsiz itləri qovanda elə ruslarin oz dilində “poşol şarik ” deyirik. Bax ele bu Sarik-Jirinovski yenə də ölkəmizə qarşı hürur. Çünki erməni diasporası hər şeydən əlini üzüb bu itin qabağına sür-sümük atib ki, hür, Jirinovski hür! O da hürməyə başlayıb. Ancaq bu dəfə səsinin eşidilmədiyini gördükdə ulamağa baslayib.
“Sarik Jirinovski”ni öz ölkəsində belə ciddi qəbul etmirlər .O artiq siyasətçi, yox təlxək obrazındadır. Öz ölkəsində də onun kor olmuş gözləri, kar olmuş qulaqları görüb eşitmir ki, Rusiya federasiyasının prezidenti cənab Putinin möhtərəm prezidentimiz İlham Əliyevlə dostluq münasibətləri hər iki ölkənin münasibətlərini möhkəm qonşuluq və strateji əməkdaşlıq səviyyəsinə qaldırıb.
44 günlük Vətən muharibəsində cəsarətli sərkərdəmiz Ali Baş Komandanımız müasir hərb tarixinin ən ağıllı və cəsarətli sərkərdəsi, əsil cəngavəri kimi tanındı. O, itəbənzər Jirinovskinin adını çəkdiyi böyük dövlətlərin başçıları belə, cəsarət edib bir söz deyə bilmədilər. Çünki dahi sərkərdəmiz onlarin hamısını öz ağıllı məntiqi, güclü diplomatiyası və ən əsası “dəmir yumruğu” ilə mat etdi.
Jirik, yadından çıxarma! O “dəmir yumruq” hələ göydən yerə düşməyib! Səni tula kimi qabağa verənlərin hələ çoxunun başını əzəcək, lazım gələndə…