Millət vəkili Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsinə belə reaksiya verdi

Qardaş Türkiyədə keçirilən Prezident seçkilərinin ikinci turunda sadəcə Sayın Rəcəb Tayyib Ərdoğan qalib gəlmədi! Bütövlükdə Türk dünyası, haqq-ədalət, güclü və sarsılmaz olan Türk dünyasına gedən yolları arzulayan alovlu nitqlər, xoşbəxt və firavan gələcəyə hər çırpıntıda inanan ürəklər, nəhayət Möhtərəm Prezidentimizin “Dəmir ”-u kimi möhkəm birlik nümayiş etdirən yenilməz Türk xalqı qalib gəldi!

Təbiri caizsə qardaş Türkiyə xalqı öz iradəsini nümayiş etdirməklə bir daha bütün dünyaya sübut etdi ki, Türkiyənin milli təfəkkürünə, dövlət və dövlətçilik ənənələrinə, suverenliyinə və firavan gələcəyinə qarşı hesablanan riyakar əməllər, təxribat cəhdləri, milli birliyi pozan radikal kampaniyalar, həmçinin xain mövqedən çıxış edən bir qrup xarici dövlətlərin başı boş başçılarının antitürk nitqləri Türkiyənin Qara dənizində güclü küləyə rastlar, Avropa hissəsindən Asiya hissəsinə atılar və Aralıq dənizində burulğana düşüb suların əlçatmaz dərinliyində məhv olarlar!

Bu gün biz Azərbaycan xalqı olaraq bir daha ürəkdən sevinirik! Bəli, biz ümumilikdə son illər ard-arda sevinc dolu tarixi anlar yaşayırıq! Ona görə ki, Vətən müharibəsindəki möhtəşəm Qələbəmiz dünya hərb tarixinə qızıl hərflərlə həkk olundu.Bu gün bir daha sevinirik ki, qardaş Türkiyə xalqı düzgün seçim edərək, məhz Türkün şanlı bayrağının Sayın Rəcəb Tayyib Ərdoğanın Liderliyi ilə ən yüksəklərdə dalğalanmasına təşəbbüs və sarsılmaz iradə göstərmişdir! Əlbəttə ki,bizə bu sevinci bəxş edən Uca Tanrıdır. Çünki bizim yolumuz haqq-ədalət yoludur.

Tanrı da daim haqq-ədalətin yanındadır. Böyük Türk dünyasına gedən yollara parlaq işıq salan iki güclü Liderə- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və sayın Rəcəb Tayyib Ərdoğana eşq olsun!!!

 

İlham Məmmədov

Millət vəkili