Mingəçevir Dövlət Universiteti ilə Səmərqənd Dövlət Universiteti arasında imzalanmış qarşılıqlı akademik əməkdaşlıq memorandumuna əsasən, 20-23 aprel 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universitetindən bir müəllim və bir tələbə Səmərqənd Dövlət Universitetində qonaq olub.
Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova ” Azərbaycan Respublikasıvə Mingəçevir Dövlət Universiteti haqqında” təqdimatla çıxış edib. Həmçinin, “Alternativ enerji mənbələrinin əhəmiyyəti” mövzusunda dərs keçib. İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə qiyabi təhsil alan tələbəsi Səbuhi Kərimov “Qarabağ və Şərqi Zəngəzurun turizm coğrafiyasının inkişafı” və ” İlham Əliyevin Qarabağda turizm siyasəti ” mövzularında təqdimatla çıxış edib, professorların dərsini dinləyib.
Bu müddətdə Səmərqənd Dövlət Universitetinin Rüstəm Xalmuradov Şəbnəm İslamova və Səbuhi Kərimovu qəbul edib. Akademik əlaqədarin daha möhkəmlənməsi və mübadilələrin davamlı olmasını qeyd edən rektor R. Xalmuradov MDU- nun rektoru hörmətli Anar Eminovu Səmərqənd Dövlət Universitetinə dəvət edib.Xoş qarşılanmaya görə təşəkkür edən Şəbnəm İslamova rektora Azərbaycanın milli atributlarını əks etdirən hədiyyə təqdim edib. Səmərqənd Dövlət Universitetində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən nümayəndə heyətimizə sonda Beynəlxalq Əlaqələr üzrə prorektor Akmal Rustamoviç Axatov tərəfindən uğurlu və aktiv pedaqoji fəaliyyətə görə sertifikat təqdim edilib.
Səfər çərçivəsində komandamız Səmərqənd Dövlət Universitetinin Təlim Tərbiyə üzrə prorektoru Abbasov Sübxan Burxanovich ilə, Coğrafiya və ekologiya fakültəsinin dekanı Ravşanov Alikul Xudaverdiyeviç ilə, Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Kabilov Erqaş Eqamberdiyeviç ilə, Gənclərlə iş şöbəsinin müdiri Allayar Norbayev ilə görüşmüş, universitetlərarası mədəni və akademik əlaqələrin daha da inkişaf etməsi istiqamətində planlar qurulub.MDU tədqiqatçılarının akademik təhsillərini magistratura və doktorantura səviyyəsi üzrə Səmərqənd Dövlət Universitetində davam etdirilməsi haqqında müzakirələr aparılıb.
Qeyd edilib ki, Özbəkistan prezidenti Şovkət Mirziyoyev tərəfindən Özbəkistan xaldı adından Azərbaycan xalqına hədiyyə edilən işğaldan azad olmuş torpaqlarda- Füzuli şəhərində tikilən müasir standartlara cavab verən məktəb ölkələrimiz arasında təhsil əlaqələrinin necə mühüm əhəmiyyətli olmasının bariz nümunəsidir. Wageningen Universitetinin “Geo information science and Remote sensing laboratory professoru Dr. Kirsten de Beurs tərəfindən təqdim olunan araşdırma ilə bağlı seminarda, və Çin tədqiqatçılarının qrant layihələrlə bağlı təşkil olunan seminarda iştirak edən Şəbnəm İslamova və Səbuhi Kərimov Zoologiya parkı, Botanika bağı,Amir Teymur məqbərəsi, Ruhabad məqbərə kompleksi,Registan, Uluqbəy abidəsi və bir çox tarixi əhəmiyyətli memarlıq abidələrini ziyarət ediblər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Özbəkistan prezidenti ilə görüşdə də qeyd etdiyi kimi, “Yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı”!