MDU-da “Bir gün rəhbərliklə” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib-FOTOLAR

“Bir gün rəhbərliklə” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Mingəçevir Gənclər Evinin könüllü gəncləri ilə görüş keçirib.

Görüşdə gənclərlə universitet həyatı, təhsil imkanları, gələcək hədəflər və gənclərin şəxsi və peşəkar inkişafı barədə səmimi fikir mübadiləsi aparılıb. Rektor Anar Eminov gənclərin düşüncə və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Görüşdə Mingəçevir Dövlət Universitetinə yeni qəbul olunan gənclərlə yanaşı, universitet məzunları da iştirak ediblər. Yeni tələbələr üçün bu görüş universitet mühitinə daha yaxından bələd olmaq, rəhbərliklə birbaşa ünsiyyət qurmaq və gələcək təhsil həyatlarına dair motivasiya əldə etmək baxımından əhəmiyyətli olub. Məzunlar isə universitetlə bağlı təcrübələrini və fikirlərini bölüşüblər.


Səmimi və interaktiv şəraitdə keçən görüşün sonunda gənclərə xatirə hədiyyələri təqdim olunub.
“Bir gün rəhbərliklə” layihəsi gənclərin müxtəlif sahələrdə rəhbər şəxslərlə birbaşa ünsiyyət qurmasına, onların təcrübəsindən yararlanmasına və gələcək inkişaf istiqamətləri barədə yeni baxışlar formalaşdırmasına imkan yaradır.

 

 

 

 

 Ləman Bəylərova

MDU-da “Bir gün rəhbərliklə” layihəsi çərçivəsində gənclərlə görüş keçirilib-FOTOLAR