Mərvan Musa Sudah və Yelena Yaroslavovna Neduqinadan, İordaniya

Zati-aliləri, möhtərəm cənab Prezident.

İcazə verin, qardaş Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinin, düşmən üzərində qazanılan tarixi Qələbənin bir ilinin tamam olması münasibətilə Sizi təbrik edək. Siz Ali Baş Komandanı olduğunuz ordunuzun gücü, xalqınızın dəstəyi ilə ərazilərinizi mənfur ermənilərdən xilas etdiniz, tayı-bərabəri olmayan Zəfər qazanmaqla onlara əsl dərs verdiniz. Bu, həqiqətən də tarixi Zəfərdir və Sizin müdrik, qətiyyətli rəhbərliyinizin göstəricisidir. Dünya ictimaiyyəti Sizin qüdrətinizin, xalqınızın qəhrəmanlığının, əsgərlərinizin rəşadətinin şahidi oldu. Siz bu Qələbə ilə xalqınıza böyük sevinc bəxş etdiniz. Biz də sevincinizə şərik oluruq.

Cənab Prezident, Siz tarixi ədaləti bərpa etdiniz, Azərbaycanın mövqeyini möhkəmləndirdiniz, regionda yeni reallıq yaratdınız. Azərbaycanın apardığı uğurlu döyüş əməliyyatları təcrübəsi hərbi məktəblərdə, akademiyalarda tədris olunmalıdır. Siz, həmçinin Azərbaycan xalqının sahib olduğu tolerantlıq ənənələrinə sadiqliyinizlə nümunə göstərirsiniz.

Hörmətli Prezident, Zəfər bayramınız mübarək. Tanrıdan Sizin rəhbərliyinizlə xalqınızın uğurlarının davamlı olmasını arzulayırıq.

Allahın salamı, rəhməti və bərəkəti daim üzərinizdə olsun.

Hörmətlə,

Akademik Mərvan Musa Sudah

İordaniyalı jurnalist, yazıçı və tədqiqatçı

Yelena Yaroslavovna Neduqina

İordaniya/Rusiya yazıçısı

İordaniya.