Məmur sakinləri Prezidentə şikayət etdiyi üçün məhkəməyə verib-VİDEO

Saatlı rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsinin sədri Samiq Teymur oğlu Şahmarov onun barəsində Prezidentə şikayət məktubu yazdıqları üçün Novruzəli Əliyev və Şahin Əsgərovu məhkəməyə verib.

KANAL32.az-a açıqlama verən kənd sakinlərin sözlərinə görə, Samiq Şahmarov məhkəmə vasitəsi ilə onları cəzalandırmaq istəyir.

Onlar bildirir ki, icra nümayəndəsi iddia ərizəsində ayrı-ayrı dövlət qurumlarına, o cümlədən Prezidentə müraciət etmələrini əsas gətirərək, Saatlı rayon Məhkəməsində iddia qaldırıblar və min manat təzminat tələb edirlər.

Sakinlər bildirib ki, Prezidentə şikayət məktubunda S.Şahmarov barəsində işlətdikləri bir ifadəyə görə məhkəməyə veriblər.

Saatlı rayonunun Əhmədbəyli kənd sakinləri Novruzəli Əliyev və Şahin Əsgərov iddia edir ki,kənd inzibati ərazi dairəsinin sədri Samiq Teymur oğlu Şahmarovun qanunsuz əməllərlə məşğuldur və dövlətin ayırdığı küllü miqdarda subsidiyaları mənimsəyir, yüz hektardan çox torpağı dövlət məmuru olduğu halda öz adına sənədləşdirib.

Saatlı rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsinin sədri Samiq Şahmarov isə “Kanal32”yə açıqlamasında onların səsləndirdikləri fikirlər əsassız hesab edib və ona yönəlik qərəz kimi qiymətləndirib.O həmçinin bildirib ki,mənim fəaliyyətim şəffadır və heç bir qanunsuzluq etməmişəm.

Kanal32.az