Məktəblilərin təşkil etdiyi “Gül ətirli novruzum”-FOTOLAR

 Novruzun öz qədəmlərilə yurdumuza ayaq basmasına artıq saylı günlər qalıb.
Baharın gəlişi ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirin orta məktəblərində də böyük çoşqu ilə qeyd edilir. Bu münasibətlə siniflərdə də  Novruz şənlikləri təşkil olunur.
Kanal32.az-ın məlumatına görə Mingəçevir şəhər 10 nömrəli tam orta məktəbdə 4 a sinfinin rəhbəri Aygül Quluzadənin təşkilatçılığı ilə “Gül ətirli novruzum” adlı bayram şənliyi keçirilib. Tədbirdə Mingəçevir şəhəri üzrə Təhsil sektorunun məsul əməkdaşları və məktəb rəhbərliyi iştirak edib.
Bayram şənliyində uşaqlar “Haxışda” söyləyiblər, “Kosa-Keçəl” deyişməsi, “İnnabı” milli rəqsini oynayıblar. “Xoş gəlmisən,Novruzum” mahnısını ifa edilər. Şənlikdə şagirdlərin əl işləri, xonçaları sərgilənib.
Məktəbin bayramsayağı bəzədilmiş akt zalinda keçirilən tədbirin iştirakçılarını təbrik edən məktəbin direktoru Yeganə Kərimova Novruzun mənşəyi, tarixi kökləri haqqında danışıb.
O bildirib ki, təbiətin oyanmasının müjdəçisi olan Novruz əsl dünyəvi bayramdır.Bu münasibətlə şagirdləri təbrik edib.Şagirdlərin nümayiş etdirdiyi bir-birindən gözəl ifalar və təqdimatlar bayram tədbirinin xoş anllarla yadda qalmasına vəsilə olub.
 
 
Esmira Hidayətova,
Mingəçevir