Budəfəki videomuzda Bioropean şirkətinin təsisçisi Emin İlyasla məlişət tullantıları və təkrar istehsal zənciri haqqında danışmışıq.
“Dünyada dövlətlər kənara çəkilir ki, özəl şirkətlər bu işlə məşğul olsunlar. Amma bizdə hələ ki, özəl şirkətlər zibildə olan kommersiyanı görmürlər. Bunu görmürlər deyə, zibildə olan problemi də görmürlər.”
Emin İlyas deyir ki, dövlətin özəl şirkətlərə təkrar istehsal üçün şərait yaratmasında bir müsbət cəhət də odur ki, bu zaman rəqabət yaranır və rəqabət yarandığı üçün də tullantıların çeşidlənməsi zamanı əlavə dağıntılar yaranmır.
Qonağımız sonda onu da qeyd etdi ki, tullantıların çeşidlənməsində bələdiyyələrin rolu da böyükdür. Çünki çeşidlənmə nə qədər icma səviyyəsində olarsa, o qədər də rahat olar.
https://www.youtube.com/watch?v=CKO2LjkzFUc
/akinchi.org/