Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasser Al-Muhammed Al-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, küveytli nazir Küveyt-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki dost ölkənin beynəlxalq təşkilatlarda və ikitərəfli formatda uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə səfir E.Qəhrəmana təşəkkürünü bildirib.