Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Ekoloji İnformasiya İctimai Birliyi tərəfindən həyata keçirilən “ Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsi çərçivəsində Kürdəmir rayonunda fermerlər üçün ekoseminar təşkil edilib.
Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiram duruşu ilə yad edilib.
Sonra Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Daşqın Məmmədov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayaraq ekoseminarın işinə uğurlar arzulayıb.
Layihə rəhbəri Musa Muradlı çıxış edərək layihənin məqsədi , qarşıya qoyulan vəzifələrdən danışıb. Bildirib ki, “Mərkəzi Aranda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalına təşviq “ layihəsi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə əsasən Mərkəzi Aran bölgəsinin Ucar, Kürdəmir, Ağdaş,Göyçay,Zərdab,Yevlax rayonlarında keçirilməsi nəzərdə tutulub. Musa Muradlı qeyd edib ki, ekoloji təmiz məhsul istehsalı günümüz üçün olduqca aktualdır.
Peşəkar QHT təmsilçisi Rasim Zeynalov ölkəmizdə aparılan iri miqyaslı layihələrdə danışaraq , işğaldan azad edilmiş torpaqlarda görülən nəhəng işləri xatırladıb. Qeyd edib ki, Azərbaycanda kənd təssərüfatı müstəqillikdən əvvəl inkişaf etmiş bir sahə olub. Ümumi Daxili Məhsulun təşkilində kənd təsərrüfatının xüsusi rolu olub. Cəlilabad taxılçılığı ittifaq respublikalarına səs salıb. Əfsuslar olsun ki, müstəqillik qazanandan sonra böhranlı hal keçirən sahələrdən biri də kənd təsərrüfatı olub. İndiki halda ölkəmizə xaricdən istehlak olunan kənd təsərrüfatı məhsullarının idxalına zərurət yaranır. Bunun üçün də fermerlərimiz kənd təsərrüfatının inkişafına öz töhfələrini verməklə daxili bazarda xaricdən gətirilən məhsullara rəqabətlilik yarada bilərlər. Ekoloji təmiz kənd təsərrüfatı məhsulların yetişdirilməsi xüsusilə fermerlərin əsas məqsədinə çevrilməlidir.
Layihə eksperti , aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev fermerlərlə görüşdə ekoloji təmiz məhsul istehsalının mahiyyətinə aydınlıq gətirib. Ekoloji təmiz məhsulların yetişdirilməsində kimyəvi preparatlardan istifadənin yolverilməz olduğunu vurğulayıb. Xosrov Musayev qeyd edib ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı sağlamlığımızın qorunması baxımından olduqca vacibdir.Hansı ki, statistik rəqəmlərdə vətəndaşların sağlamlığının pozulması müşahidə olunur.
Xosrov Musayev Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün mükəmməl qanunvericilik bazasının yaradıldığını xatırladıb. Fermerləri ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında fəal olmağa çağırıb.
Tədbirin gedişində iştirakçılara dəftərxana ləvazimatları paylanıb. Eyni zamanda çay süfrəsi təşkil edilib.
Ekoloji İnformasiya İB