Kəlbəcərli gənc şair Samir Mustafayev Qardaş Türkiyə Respublikasının Prezidenti, Türk dünyamızın, müsəlmanların ümid, pənah, güman yeri olan, borcu ödənməz şəxsiyyət cənab Rəcəb Tayyib Ərdoğana şeir həsr edib.
Kanal32.az həmin şeiri təqdim edir:
Bu zülmət dünyamız nura boyanmır,
Haqsızlıq görəndə bir an dayanmır.
Özünü düşünmür, canına yanmır,
Dünyanın dərdini çəkir Ərdoğan.
********
Gözündə Turanın sökülür Danı,
Ey Türk !Sən qəhrəman paşanı tanı!
Silir yer üzündən tökülən qanı,
Barışıq toxumu əkir Ərdoğan.
*******
Boşa getməz bircə sözü, kəlməsi,
Odur bu dünyanın ötən haqq səsi.
Uca Yaradanın əziz bəndəsi,
Dövrümüzdə Əbu Bəkr – Ərdoğan.
*******
Söz deyənməz kimsə onun sözünə,
Diz çökdürür namərdlərin yüzünə.
Tab gətirmir kimsə baxa üzünə,
Düşmən qarşınızda çökür, Ərdoğan!
*******
Müsəlman yolunda tək gərib sinə,
Bağlıdır imana, sadiqdir dinə.
Qığılcımlar, od-alovlar üstünə,
Bulud olur, yağış tökür Ərdoğan.
*******
Dayandı qardaşın yanında hazır,
Turanın gələcək tarixin yazır.
Məzluma qurulan oyunu pozur,
Şeytanın tələsin sökür Ərdoğan.
*******
Gözləmədi daha yalan-yarını,
Başa saldı zalımların karını.
ATƏT-in lazımsız qərarlarını,
Zaman gəldi, gördük bükür Ərdoğan.
*******
Təkdir güc-qüvvətdə, təkdir hünərdə,
Böyükdür zəhməti Şanlı Zəfərdə.
Qarabağda tez-tez olur səfərdə,
Şuşanı seyr edir,şükür Ərdoğan.
Sayğılarla,
Samir Mustafayev