Texnika elmləri doktoru, dosent Musa Kazımov vəfat etdi.
Əslən Kəlbəcər rayonunun Yuxarı Qılınclı kəndindən olan Kazımov Musa İsmayıl oğlu uzun illər B.Sərdarov adına Maşınqayırma zavodunda baş mühəndis, direktor müavini vəzifələrində çalışmış, kollektivin dərin hörmət və rəğbətini qazanmışdır.
Bununla yanaşı Musa Kazımov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində materiallar müqaviməti kafedrasının müdiri vəzifəsində çalışmış, ölkəmizdə neft mühəndisliyi elminin inkişafında əvəzsiz töhfələr vermiş, gənc nəslin bu sahədə əsl mütəxəssis kimi yetişməsində böyük əmək sərf etmişdir.
Qeyd edək ki,mərhumun 3 və 7 mərasimi 25 oktyabr saat 11-dən İmam Əli məscidində olacaq.
Biz də “Kanal32” kollektivi olaraq mərhum alimin qızı Tibb üzrə fəlsəfə doktoru Mehparə Kazımovaya, qardaşı “Əməkdar mühəndis” Xaqani Kazımova və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir,mərhuma Uca Tanrıdan rəhmət diləyirik.