Kəlbəcərli alim “Böyük Turan” ordeni ilə təltif olunub-FOTO

Türk dünyası elminə və təhsilinə verdiyi mühüm töhfələrə görə Prof. Dr. Şahin Həsənov Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Böyük Turan” Ordeni ilə təltif olunub.
Təltifetmə  mərasimi Türkiyə Respublikasında baş tutub. Mükafat alimə Türk dünyası elminin inkişafı, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi sahəsində göstərdiyi uzunmüddətli və səmərəli xidmətlərinə görə təqdim edilib.
“Böyük Turan” Ordeni Türk dünyasının elmi və mədəni dəyərlərinə xidmət edən nüfuzlu şəxslərə verilən ali mükafatlardan biri hesab olunur.
Qeyd edək ki, 1962-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində anadan olan Şahin Hümbət oğlu Həsənov, Texniki elmlər doktoru, Professor , Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü və Respublikanın Fəxri Yol İnşaatçısıdır.
“KANAL32” Media Şəbəkəsi olaraq Şahin Həsənovu ürəkdən təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırıq!
Kəlbəcərli alim “Böyük Turan” Ordeni ilə təltif olunub-FOTO