Yaşasaydı 33 yaşını qeyd edəcəkdi.
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş 2 övlad atası Cəfərov Anar Müstəqim oğlunun bu gün doğum günüdür. Bu münasibətlə Yevlax rayon şəhid Vasif Mövsümov adına Gülövşə kənd tam orta məktəbdə geniş tədbir keçirilib. Tədbirdən öncə dövlət himni səslənib,şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Şəhidlərin ruhuna düalar oxunub. Məktəbin məzunu olmuş şəhid Anar Cəfərovun cənnətdəki ilk doğum günüdür.
Məktəbin hazırladığı tədbirdə şəhid ailələri, şəhidin ailə üzvüləri ,qazilər,şəhidin hərbiçi yoldaşları,kənd ağsaqqalları,məktəbin direktoru və məktəblilər çıxış edərək şəhidin həyat və döyüş yolundan bəhs edib, şəhidin adına yazılmış şeirlər şair Bəhman Gülövşəli və Allahverdi Gülövşəlinin ifasında səslənib. Çıxış edənlər həmçinin qeyd etdilər ki, bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər gənclərimizin canı-qanı bahasına bu gün Qarabağımız azaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacaq deyə bildiriblər. Şəhidin 8 yaşlı oğlu və 5 yaşlı qızı vətənə əmanətdir, onları qayğılandıran bütün məsələlərdə dövlətimiz hər zaman onların yanında olub və bundan sonrada bu missiya davam edəcəkdir.
Tədbirdən sonra şəhidin uyduğu kənd qəbiristanlığına yürüş təşkil edildi.Yürüşdə Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının sədri,Yevlax şəhər təhsil şöbəsinin əməkdaşı,şəhidin iş yoldaşları, qazilər, kəndin 1-ci və 2-ci Qarabağ müharibəsində şəhid olmuş oğulların ailə üzvləri, məktəbin pedaqoji və şagird heyəti,kənd ağsaqqalları və digər qonaqlar iştirak etdilər.Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı ev ziyarət edildi. Şəhidin adına ehsan verilib.
Qeyd edək ki,Gülövşə kəndinin 8 şəhidi var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Esmira Hidayətova,
Yevlax.