Kəlbəcərdə genişmiqyaslı iməcilik keçirilib-VİDEO+FOTOLAR

Kəlbəcər rayonunda ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və yaşayış məntəqələrində sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılması məqsədilə iməcilik  keçirilib.

KANAL32.az-ın məlumatına görə,aksiyada Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən şirkətlərin işçiləri, sakinlər və məktəblilər fəal iştirak ediblər.

İməcilik çərçivəsində Kəlbəcər şəhərində, eləcə də rayonun müxtəlif ərazilərində genişmiqyaslı təmizlik işləri həyata keçirilib, ərazilər məişət tullantılarından təmizlənib və ətraf mühitin qorunması istiqamətində müvafiq addımlar atılıb.

Aksiyanın əsas məqsədi ekoloji mədəniyyətin təşviqi, ictimai məsuliyyətin artırılması, sağlam ətraf mühitin və biomüxtəlifliyin qorunması, həmçinin Kəlbəcərin müasir şəhərsalma və arxetektor tələblərə uyğun inkişafına ictimai töhfənin verilməsidir.

Qeyd edək ki, bu qəbildən olan təşəbbüslər ətraf mühitin mühafizəsi ilə yanaşı, sakinlərdə doğma yurda sahiblik və məsuliyyət hissinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Gəlin, təbiətimizi qoruyaq, Kəlbəcəri birlikdə daha təmiz və gözəl saxlayaq!

Kəlbəcərdə genişmiqyaslı iməcilik keçirilib-FOTOLAR