Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələrinin Zəfər bayramı ərəfəsində işğaldan azad edilmiş ərazilərə səfər etməsi önəmlidir.
Bunu Ağdam şəhərində AZƏRTAC-a açıqlamasında Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova bildirib.
Estoniyanın həmişə Azərbaycanın haqq işini dəstəklədiyini qeyd edən işçi qrupunun rəhbəri deyib: “Müharibə dövründə də Estoniya Azərbaycanı dəstəkləyən bəyanatlar verib. Parlamentlərarası dostluq qrupunun nümayəndələri işğaldan azad edilmiş ərazilərə səfər edərək, ermənilər tərəfindən 30 ilə yaxın işğal dövründə vurulan ziyanı görmək istəyirdilər. Onlar yolboyu dağıdılmış kəndlərdə və Ağdam şəhərində törədilən vəhşiliklərdən heyrətlərini ifadə edirdilər”.