İş adamından kəskin etiraz: “Böhtan xarakterli yazılar qəbuledilməzdir”

“Axar.az tərkib hissəsində olduğu Teleqraf Media Qrupuna aid saytların sifarişlə və məndən heç bir məlumat almadan yaydığı yalan, böhtan xarakterli yazılar qəbuledilməzdir”.

KANAL32.az xəbər verir ki, bunları “Kral” Şirkətlər Qrupunun rəhbəri Rövşən Tağıyev özünün sosial şəbəkə hesabında qeyd edib. Rövşən Tağıyev bildirib ki, ona qarşı olan təxribatın səbəbini bilir:

“Yaxın günlərdə açıqlama verəcəyəm , sifarişçinin kimlər olduğunu bildirəcəm, həmçinin barəmdə yalan xəbərləri yaydıqlarına görə qanuni addım atacağam”.

Rövşən Tağıyev, “Qarşı tərəfi dinləmədən belə “xəbər” tirajlamağın nə demək olduğunu sizə qanun çərçivəsində öyrədəcəyəm. Səbrli olun”,- deyə vurğulayıb.

kanal32rovşəntağı