“İran Ermənistana hərbi texnika vermək istəyir”-İrəvan isə…

“İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu iranlı ekspert, İran və Avrasiya Tədqiqatları İnstitutunun nümayəndəsi Qodratolla Şafiyə Ermənistan mətbuatına bildirib.

Lakin Şafiyə qeyd edib ki, İranın bu istəyinə baxmayaraq, Paşinyan hakimiyyəti Tehrandan silah almağa çəkinir. Onun dediyinə görə, İranın Ermənistana hərbi texnika verməsi üçün ilk növbədə İrəvanın özünün buna istəyi olmalıdır: “Mühakimə edə bildiyimiz qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”.

Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır.

Eyni zamanda, iranlı ermənipərəst ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını söyləyib: “İran əsgərləri heç vaxt başqa ölkədə, o cümlədən husilərin vuruşduğu Yəməndə, Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyatdan gedir, lakin İran silahlı qüvvələrinin özləri döyüşmür. Ona görə də yenidən münaqişə olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”.

Bununla yanaşı, İarndakı fars rejiminin daxili mahiyyətini bir daha ortaya qoyan Şafiyə Tehranın İrəvana birbaşa olmasa da, həmişəki kimi dolayısı ilə kömək edəcəyini qeyd edib: “Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”.