11 Avqust 2021ci il tarixində “İnternational Azerbaijani Ladies Club” rəhbəri Kamalia Ceylinova Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olub. İlk öncə xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətləri haqqında danışıb. O bildirib ki, müharibə zamanı vətəndən uzaq olmaq çox çətin olsada onlar bu zaman əhatəsində daim birlik olub haqq səsimizi dünya ölkələrinə çatdırıblar və çatdırmağa davam edirlər. Daha sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Fariz Vəliyev təşkilat haqqında geniş məlumat verib və təşkilatın fəaliyyət istiqamətləri qeyd edilib.