İnsanlara, institutlara və qurumlara olan inamımız bizə necə təsir edir?
Növbəti videomuzda ADA Universitetinin dekanı Anar Vəliyevlə inam və sosial kapital mövzusunda söhbət etmişik.
Anar Vəliyev deyir ki, bəzi cəmiyyətlərin inkişaf səviyyəsi ilə həmin cəmiyyətlərdə insanlar arası və institutlara olan inam arasında əlaqə var. Eləcə də inamın yüksək olduğu cəmiyyətlərdə bəzi servislərin və məhsulların qiymət aşağı olur. Bunun da səbəbi nəzarət üçün bahalı təchizatlara və ya əlavə işçilərə ehtiyacın olmamağıdır.
Anar Vəliyev öz çıxışında bridging və bonding social capital haqqında da danışdı, bonding social capital-dan fərqli olaraq bridging social capital-ın daha inklüziv olduğuna dair misal göstərdi.
“Bridiging social kapital, yəni ki, körpülü sosial kapital və belə təşkilatlar olduğu halda insanlar bir-birilə görüşə bilərlər və görüşdükləri zaman, hansısa bir bank rəhbərimi, şirkət rəhbərimi, bu insana necəsə fayda verə bilər.
Ona iş təklifi edə bilər, ona yol göstərə bilər, ona köməklik edə bilər və o cəmiyyətlərdə, harada ki, bridging social capital ya da ki körpülü sosial kapital var, o cəmiyyətlər inkişaf edir.”
/akinchi.org/