Nazirlik iki oğlu Şəhid olmuş ananın gözlərini yolda qoyub-VİDEO+FOTO

Hər iki övladını Şəhid vermiş Sevinc Əhmədova: “İSTƏYİRƏM Kİ, balalarımın EV-MUZEYİ DÖVLƏT QEYDİYYATINA ALINSIN” .
Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Səlim qızı Əhmədova deyir ki,övladlarımın öz halal zəhmətləri ilə aldıqları, üzünü doyunca görmədikləri və hazırda da mənim yaşadığım evi balalarımın xatirəsinin yaşadılması üçün ev-muzeyinə çevirmişəm:” Düzdü adına ictimai musey verilib amma mən istəyrəm ki, bu ev-muzeyi dövlət qeydiyyatına alınsın, dövlətin mülkiyyətində, balansında olsun və gələcək nəsillərimiz bu ev-muzeyi ilə, övladlarımın qəhrəmanlıqları, şərəfli həyat və döyüş yolu ilə tanış olsunlar. Bu məsələdən Mədəniyyət Nazirliyi də xəbərdardır, hətta ev-muzeyinin dövlət muzeyi (ya da dövlət muzeyinin filialı) kimi qeydə alınması ilə bağlı adıçəkilən Nazirliyin razılığı da ortadır. Amma çox təəəssüflər ki, aylardır bu məsələ də uzanır, yubanır. İstəmirəm ki, məndən sonra bu ocaq, bu ev-muzeyi dağılıb-getsin. İstəyirəm ki, bu ocaq, bu ev-muzeyi daim yaşasın, daim qorunsun, dövlətin nəzarətində olsun.
Ananın naraharlığı hər gün artır,o hər gün şəhidlər xiyabanına gəlir və övladlarına üzünü tutaraq deyir:”Balalarım 4 ildir ki,burda uyuyursuz,məni tək qoymusunuz mən sizi evimə qonaq dəvət edirəm”ananın bu sözləri qarşısında sanki bir anlıq zaman durur,insanın həyat eşqi sönür-nə cavab verəsən bu xəstə,dərdli anaya. Ona görə mğhtərəm Prezidentdən xahiş və rica edirəm ki, Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə müvafiq göstəriş və tapşırıqlar verəsiniz və bu məsələnin tezlikə müsbət həllnii tapmasına köməklik göstərəsiniz. Az da olsa, həm Şəhidlərimin ruhu rahatlıq, huzur tapmış olacaq, həm mənə təskinlik, təsəlli olacaq. Mən özümlə bağlı heç bir xahiş, rica etməmişəm və etmirəm, heç nə də gözüm yoxdur, mənə heç nə lazım deyil. Sadəcə, övladlarımın adının, xatirəsinin yaşadılmasını, onların haqqının tanınmasını istəyirəm -deyə şəhid anası bildirib.
Esmira Hidayətova,
Mingəçevir