Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçirilir.
Kanal32.az xəbər verir ki,tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə -Azərbaycan parlamentlərarası dostluq qrupu başqanı Şamil Ayrım və qrup üzvləri millət vəkilləri, hər iki ölkədən iş insanları və mətbuat əməkdaşları iştirak edir.
Forumda regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və IV Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.
Xatırladaq ki, I Azərbaycan–Türkiyə İnvestisiya Forumu 2023-cü ilin dekabr ayında keçirilib.
Forumun məqsədlərindən biri 15 milyard dollarlıq hədəfə çatmaqdır.
Qeyd edək ki, forumda “Kanal32″nin əməkdaşı Samir Mustafa da iştirak edir.