“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinın maliyyə dəstəyi ilə Mingəçevirdə yaşayan Şəhid və Qazi övladlarının psixoloji, sosial və mənəvi problemlerinin həllinə dəstək adlı layihəyə start verib.
Layihənin əsas məqsədi Mingəçevirdə yaşayan şəhid və qazi övladları ilə tədbirlər təşkili, onların asudə vaxtlarının daha səmərəli keçirmələri, sosiallaşmaları üçün onlara yardımçı olmaq, onların mövcud psixoloji ,sosial və mənəvi problemlerinin araşdırılması və müvafiq dəstəklərin göstərilməsidir.
Layihə çərçivəsində “Uşaqlar gələcəyimizdir” adlı tədbir təkil olunub. İlk olaraq layihə rəhbəri Leyla Əmiraslanova tədbir iştirakçılarını salamlayıb və layihə haqqında qısa məlumat verib.
Tədbirdə psixoloq Aynaz Quliyeva, pedaqoq Elnarə Səmədova uşaqlarla maraqlı söhbətlər aparıb, onları maraqlandıran sualları cavablayıblar.
Daha sonra uşaqlarla asudə vaxtın səmərəli təşkili məqsədilə maraqlı oyunlar oynanılıb, əyləncəli vaxt keçirilib, sonda səmaya rəngarəng şarlar buraxılıb.