İctimai birliyin növbəti tədbiri “Doğma şəhərim” mövzusunda olub-FOTO

Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ailələrə Sosial Dayaq İctimai Birliyinin “Ailələrin Sosial Müdafiəsi” adlı layihəsi davam edir.

Kanal32.az xəbər verir ki,layihə çərçivəsində növbəti tədbir 03.08.2024-cü il tarixində “Doğma şəhərim” mövzusunda olub. İştirakçılar şəhəri gəziblər və əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Qeyd edək ki, layihənin əsas məqsədi aztəminatlı ailələrin uşaqlarının sosial və mənəvi vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Layihənin hədəf qrupu 6-13 yaş arası uşaqlardır.

Kanal32.az

İctimai birliyin növbəti tədbiri "Doğma şəhərim" mövzusunda olub-FOTO