İcra başçısı yanında şuranın iclasında ortaya çıxan mənzərə

İyulun 26-da  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası ilə birinci yarımiliyə yekun vuruldu.
İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirdi ki, Şuranın bu günkü iclasının gündəliyində “2023-cü ilin 6 ayında Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının vəziyyəti və ilin ikinci yarısında qarşıda duran vəzifələr” barədə məsələ durur.
Məsələnin müzakirəsinə şəhərin idarə, müəssisə, təşkilat rəhbərləri ilə yanaşı hüquq mühafizə orqnlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və mətbuat işiləri dəvət olunmuşdular.
Gündəlikdə duran məsələ haqqında məlumatla başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov çıxış etdi. Məruzədə ötən yarım il ərzində şəhərdə görülən işlər ətraflı təhlil olunaraq iştirakçılara təqdim edildi. Bir çox qurumların fəaliyyətindəki nöqsanlardan və bəzi mövcud problemlərdən də danışıldı.
Məruzə ətrafında müzakirələrdə Maliyyə şöbəsinin müdiri Sultan Əsədov, Mərkəzi Aran Regional Məşğulluq filialının Mingəçevir Xidmət şöbəsinin baş mütəxəssisi Elməddin Səmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin müdiri İlham İlyasov, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin sektor müdiri Arzuman Ələsgərov çıxış edərək görülən işlərə münasibətlərini bildirdilər, həlli gözlənilən problemlərdən danışdılar.
Sonra açıq müzakirələr başlandı, müxtəlif sahələrdəki mövcud problemlərin aradan qaldırılması üçün 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin və Kicik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin rəhbərlərinə suallar ünvanlandı.

 

-Bəs nələr baş verdi? Mingəçevirdə yaranan və yaradılan taleyüklü problemlərin məsuliyyəti kimlərin üzərindədir?

Ədalət naminə bildiriək ki, məhz icra başçısı İlham İsmayılovun təkilifi ilə əslində bu şura iclasında bir çox məsələlərə yerindəcə aydınlıq gətirilidi. Bir sözlə, açıq, demokratik şəkildə müzakirələrin aparılmasına şərait yaradıldı, indiyənə qədər aparılan və nəticəsi olmayan müzakirələrin konkret sonuca varılması üçün real mənzərə yaradıldı. Çünki uzun müddətdir ki, Mingəçevirdə Kür çayının ekoloji baxımdan çirkələndirilməsi, eyni zamanda heç bir texniki tələblərə və normalara cavab verməyən, kustar üsulla hazırlanan iri və kçik tutumlu “qayıqlar”ın yaratdığı təhlükələr haqqında mətbuat səhifələrində, sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirilirdi. Və təbii ki, bu tənqdilər haqlı tənqidlər idi. Ancaq bir çox sosial şəbəkə istifadəçiləri mövcud problemlərin aradan qaldırılmamasında birinci növbədə Mingəçevir Şəhər İcra Hakimiyyətini günahlandırırdı.Digər birbaşa cavabdeh qurumlar isə bir çox hallarda kənarda qalırdı. Məsələn,8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Fövqəladə Hallar Nazirliyinin və Kicik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şöbəsi və DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi… Necə deyərlər, bunlar orta yeyib, qıraqda gəzirdilər. Baxmayaraq ki,onlar bilavasitə içəmli su mənbəyi olan Kür çayında yaranan problemlərə cavabdehdilər. Təbii ki, şəhər icra hakimiyyəti də bu məsuliyyətin bölüşdürülməsində bəlli bir pay sahibidir. Əgər yaranmış və yaradılmış ciddi ekoloji problemlərin həlli üçün aidiyyatı üzrə cavabdeh yuxarı orqanlara rəsmi müraciət etməsəydi. Aparılan açıq və üzbəüz müzakirələrdə isə bəlli oldu ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov dəfələrlə müvafiq orqanlara rəsmi məktublarla müraciət edib, həyəcan təbili çalıb. Nəticə isə göz qabağında idi…26 iyul 2023-cü il tarixə qədər nə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, nə Fövqəladə Hallar Nazirliyinin və Kicik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Mingəçevir şöbəsi, nə də DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi heç bir tədbir görməyib. Çünki iclasın gedişi zamanı sözügedən qurumların rəhbərləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, icra hakimiyyəti yanında İctimai Şuranın sədri Fərman Nəbiyevin və İctimi Şuranın üzvü İnqilab Şirinlinin sulları qarşısında ya susdular, ya da nağıl danışmaqla özlərini gülünc şəkildə müdafiə etmək istədilər. Amma iclas zalında əyləşənlərdən heç kim onlara inanmadı. Çünki həmin şəxslər və həmin qurumlar Azərbaycanın ədəbi və mədəni fikir tarixində qutsal bir pilləyə qalxmış ANA  KÜRə edilən xəyanətlərə şərait yaradıblar, o xəyanətlərə göz yumublar. Onlar hələ də anlamırlar ki, KÜR çayına olan münasibət həm də Azərbaycanın milli-strarteji təhlükəsizliyinə olan münasibətdir…!

 

P.S.  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasından sonra Dövlət Ekoloji Təhlükəszlik Xidməti,8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, həmçinin Fövqəladə Hallar Nazirliyinin və Kicik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hərəkətə keçib.

Kanal32.az-ın informasiya və təhlil şöbəsi