Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov:” Statistik məlumata əsasən hazırda Mingəçevirdə 24 minə yaxn işsiz var”
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü oktyabr ayının 5-də tərəvəzçilik sovxozu yaşayış massivndəki 5 nömrəli tam orta məktəbdə oldu. Tədbirdə şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər. Əvvəlcədən gözənildiyi kimi, görüş çox məhsuldar və səmərəli keçdi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş öncəsi çıxış edərək ölkəmizdə və Mingəçevirdə həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, cənab Przident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrində, xüsusilə Qarabağ bölgəsində böyük quruculuq işləri həyata keçirilir. Artıq keçmiş məcburi köçkünlər öz yurd yuvalarına qayıdırlar. Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ bölgəsində təxribatlar törədən separatçı qüvvələr məhv edilmiş, onlaın rəhbərləri həbs olunaraq qanun qarşısında cavab verməyə cəlb olunmuşlar. Bu gün cəsarətlə demək olar ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunmuşdur. Ölkə rəhbərinin tapşırığına müvafiq olaraq Mingəçevirdə də abadlıq-quruculuq işləri səngimir. Sakinləri narahat edən problemlərin həlli istiqamətində əməli işlər görülür. Xüsusilə kanalizasiya sisteminin bərpası istiqamətində xeyli iş görülür.
Bu gün həmin işlər 82 faizə qədər yerinə yetirilmişdir. Yaxın gələcəkdə işlərin tam başa çatdırılması həyata keçiriləcək. Mingəçevirdə insanları narahat edən işsizlik problemi də tədricən aradan qaldırılmaq üzrədir. Statistik məlumata əsasən hazırda şəhərimizdə 24 minə yaxn işsiz vardır. İşsizliyn aradan qaldırılması məqdədi ilə Azərbaycan İES ərazisində yeni stansiyanın tikintisi, keçmiş regenerat zavodu ərazisində fabriklərin yaradılması məqsədi ilə tədbirlərin görülməsi, Mingəçevir Dövlət Univerisitetinin yeni kampusunun tikintisi və eləcə də sahibkarların fəaliyyəti nəticəsində yeni iş yerlərinin açılmasl bizə imkan verir ki, bu sahədə müəyyən irəliləyişə nail olaq. Şəhər İcra Hakimiyyəti başçısı keçirilən səyyar görüşlərin əhəmiyyətindən söhbət açaraq bildirdi ki, bu görüşlər bir sıra məsələlərin operativ şəkildə həllinə imkan verir. Odur ki, sakinlərdən sərbəst mikrafondan istifadə edərək öz fikir və təkliflərini bildirməyi xahiş etdi.
Görüşdə sakinlərdən Qoşqar Bahadurbəyli, Namiq Kərimov, Zərqələm Həsənova, Aqil Heydərov, Vaqif Mərəhhəmov, Şahnaz Rüstəmova, Mədət Əsədov, Tahir Alıyev, Akif Ələkbərov, Hüseyn Nəbiyev, Elvin Abdullayev və bir çox başqaları çıxış edərək qarşılaşdıqları problemlər haqqında söz açdılar. Əsas diqqət tərəvəzçilik sovxozu yaşayış massivinin bəzi ərazilərində yolun bərbad olmasına, yollara təhlükəsizlik nişanlarının qoyulmamasına, 8 nömrəli marşrutun sonuncu dayanacağında ayaqyolunun olmamasına, bəzi ərazidə asfaltın olmamasına, ərazidəki yataqxananın qanunsuz söküntüsünə və bir sıra digər şəxsi məsələlərə yönəldildi. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinləyərək müvafiq izahatlar verdi və aidiyyəti təşkilatların rəhbərlərinə, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarına tapşırıqlarını verdi.
Esmira Hidayətova,
Mingəçevir.