“Hara gedirsən, silahlı əsgər?!..”-Ruhulla Zahidov yazır

Mənəvi həyatımızda, milli şüur və dünyagörüşün formalaşmasında ədəbiyyatın və kitabların rolu böyükdür. Gündəlik işimizdə əsərlərə maraq və diqqətin artırılmasını həmişə ön plana çəkmişik. Ədəbiyyatın şəxsiyyətin xarakterinin  formalaşmasında  və  mənəvi  həyatında  əvəzsiz  rolunu  həmişə diqqətə  çatdırır,  kitabların  insanların  həyatında  daimi  bir  tələbata  çevrilməsinə can  atır  və  buna  yazılarımızda  xüsusi  yer  veririk.

İnsanda  bir  çox  müsbət  keyfiyyətlər  məhz  kitablar  vasitəsilə  yaranır. İnsanın  harmonik  şəkildə  inkişafı,  mənəvi  zənginliyi  və  ictimai  məsuliyyət şüuru  çox  zaman  aparıcı  ədəbiyyat  nümunələrində  dünyavi  kitablar  vasitəsilə tərbiyə  olunur.  Ədəbiyyat  və  kitablar  insanın  mənəvi  aləminin  formalaşmasında ən  güclü  vasitələrdən  biridir.  Onlar  təkcə  bilik  mənbəyi  deyil,  eyni  zamanda milli şüurun, dünyagörüşün və dəyərlər sisteminin daşıyıcısıdır. Xüsusilə milli ədəbiyyat  xalqın  tarixi  yaddaşını,  mədəni  kodlarını  və  mənəvi  ideallarını qoruyaraq  nəsildən-nəslə  ötürür. Bu  baxımdan  kitab  oxumaq  fərdi  bir  vərdiş olmaqla  yanaşı,  ictimai  və  milli  məsuliyyət  aktıdır.

Həmçinin  ədəbiyyat  insan  xarakterinin  formalaşmasında  mühüm  rol oynayır.  Bədii  əsərlər  vasitəsilə  oxucu  yaxşı  ilə  pisi  ayırmağı,  empati  qurmağı, başqasının  hisslərini  anlamağı  öyrənir. Müsbət  obrazlar  insanda  dürüstlük, mərdlik,  sədaqət,  vətənpərvərlik   kimi  keyfiyyətlərin  inkişafına  təkan  verir,  mənfi  obrazlar  isə  səhvlərdən  nəticə  çıxarmağa  imkan  yaradır.  Bu  proses  insanın  daxili  dünyasını  zənginləşdirir  və  onu  daha  kamil  şəxsiyyətə  çevirə  bilir.

Əlbəttə   qeyd  etməliyəm  ki,  kitabların  gündəlik  həyatın  ayrılmaz  tələbatına   çevrilməsi  isə  mənəvi  inkişafın  davamlılığını  təmin  edir.  Davamlı mütaliə  edən  insan  hadisələrə  daha  geniş  prizmadan  baxır,  tənqidi  düşünmə  qabiliyyəti  qazanır  və  ictimai  proseslərdə  daha  məsuliyyətli  mövqe  tutur.  Bu  da  cəmiyyətin   sağlam   intellektual  və  mənəvi  mühitinin  formalaşmasına  xidmət  edir.

Həmçinin  aparıcı,  dünyəvi  və  nümunəvi  ədəbiyyat  nümunələri  isə  insanın harmonik  inkişafında  xüsusi  yer  tutur.  Bu  cür  əsərlər  yalnız  fərdi  kamilliyi deyil, eyni zamanda ictimai məsuliyyət şüurunu da daha geniş bir aspekdə formalaşdırır. Oxucu cəmiyyət qarşısında borcunu dərk edir, sosial ədalət, humanizm  və  ümumbəşəri  dəyərlərə  hörmət  hissi  aşılanır.  Nəticə  etibarilə, ədəbiyyat  və  kitablar  insanın  mənəvi  həyatının  əsas  dayaqlarından  biri  hesab edilir. Onlar şəxsiyyətin formalaşmasında, milli şüurun möhkəmlənməsində və cəmiyyətin  inkişafında  əvəzsiz  rol  oynayır.  Mütaliəyə  marağının  artırılması  isə yalnız  mədəniyyət  məsələsi  deyil,  eyni  zamanda  gələcəyin  düşünən,  məsuliyyətli  və  mənəvi  cəhətdən  zəngin  insanlarının  yetişdirilməsi  deməkdir.

Bu  baxımdan  yazıçı-jurnalist  Ruhulla  Zahidovun  vətənpərvərlik  və  hərbi-vətənpərvərlik  ruhunda  qələmə  aldığı  kitabları  hər  zaman  sevilə-sevilə  oxunur. Onun  qələmindən  çıxmış  ədəbiyyat  nümunələri  ideya,  etik  və  estetik  zənginlik nümunəsi  olaraq  qəhrəmanlıq  xarakterinin  tərbiyəedici  mənbəyidir.  Bu  kitablar estetik  zövqün,  insan  üçün  bir  çox  müsbət  keyfiyyətlərin,  həmçinin vətənpərvərlik  və  hərbi-vətənpərvərlik  ideyalarının  daşıyıcısı  və  təbliğatçısı rolunu  oynayır. Onun  müəllifi  olduğu  kitablar  vətənimizi  və  onunla  bağlı  nələr mövcudsa,  varsa  hər  birini  reallıqları  ilə  birgə  tərənnüm  edir.  Bu  kitablar  insanlara  qəhrəmanlığı  təbliğ  edir,  vətən  uğrunda  mübarizliyə,  hünərə, rəşadətə, cəfakeşliyə   səsləyir.  Ruhulla  Zahidovun  kitablarının  əsas  dəyəri  ondan  ibarətdir  ki,  bu  əsərlər  yalnız   hadisələri  təsvir   etmir,  eyni  zamanda  oxucuda  fəal  vətəndaş  mövqeyi  formalaşdırır.

Yazıçı  Ruhulla  Zahidov  vətən  anlayışını  abstrakt  bir  məfhum  kimi  deyil, canlı, müqəddəs və qorunmağa layiq bir dəyər kimi təqdim edir. Bu yanaşma oxucunun  emosional  dünyasına  təsir  etməklə  yanaşı,  onun  mənəvi  məsuliyyət hissini  də  gücləndirmiş  olur.  Ruhulla  Zahidovun  yaradıcılığında  vətən  sadəcə  bir  coğrafiya  və  ya  tarixi  faktdan  ibarət  deyil.  O,  vətəni  insan  həyatının  ayrılmaz   bir   hissəsi,  duyğuların   mənbəyi  və  mənəvi  kökü  kimi  təqdim  edir.  Bu  baxımdan  onun  yaradıcılığında Vətən  abstrakt  deyil,  konkret  duyğudur.  Onun  yaradıcılığında  konkret  duyğu  hissi  oxucu  üçün  anlayışı  intellektual  səviyyədən  çıxararaq,  hisslərə   çevrir.  Bununla  da  sözlərlə  təsvir  edilmiş  deyil,  qəlbdə  yaşanan  bir  həqiqət  olaraq  qavranlır. Bu  metod  oxucunu  mətndən  sadəcə məlumat  almaq  səviyyəsindən  çıxararaq,  onun  emosional  dünyasına  daxil  olur.

Ruhulla  Zahidovun  “vətən”  təsəvvüründə  iki  əsas  emosional  ton formalaşır.  Müqəddəslik  hissi  və  qorunma  ehtiyacı.  Vətəni  müqəddəs  hesab etmək,  onun   yalnız  fiziki  sərhədlərdən  ibarət  olmadığını,  həm  də  ruhani,  mənəvi  dəyər  olduğunu  vurğulamaqla  bu  kimi  yanaşma  ilə   “vətən”i  milli  kimlik,  əqidə və  dərin  mənəvi  bağlılıqla  əlaqələndirir. Qorunma  ehtiyacına gəldikdə  isə  “müqəddəs  olan  qorunmağa  dəhşətli  dərəcədə  layiqdir”  fikrini  əsas götürərək Ruhulla Zahidov öz oxucusunu səssiz müşahidəçilər vəziyyətindən çıxararaq,  aktiv  şəkildə  bu  dəyərin  qoruyucusuna  çevirir.  Bu  cür  yanaşma  tərzi  isə  vətənə  görə pasiv  sevgi  deyil,  məsuliyyətli  sevgi  formasıdır.  Oxucu  həm  hiss  edir,  həm  də dərk  edir  ki,  vətənin  qorunması  onun  mənəvi  borcudur.

Onun  əsərlərindəki  ideya,  etik  və  estetik  zənginlik  qəhrəmanlıq  xarakterinin  formalaşmasında  tərbiyəvi  funksiyanı  ön  plana  çıxarır. Müəllifin yaratdığı obrazlar cəsarət, rəşadət, fədakarlıq və sədaqət kimi keyfiyyətlərin  daşıyıcısıdır.  Bu  obrazlar  oxucu  üçün  sadəcə  bədii  fiqur  deyil, eyni  zamanda  mənəvi  örnək  rolunu  oynayır.  Xüsusilə  gənc  nəsil  üçün  bu  cür  ədəbiyyat  milli  ruhun  möhkəmlənməsində  mühüm  təsir  gücünə  malikdir.  Ruhulla  Zahidovun  kitabları  estetik  zövqün  formalaşmasına  da  xidmət  edir.  Dilin  axıcılığı,  obrazlılıq  və  emosional  təsvirlər  oxucunun  ədəbiyyata  marağını  artırır,  mütaliəni  mənəvi  ehtiyaca  çevirir. Bununla  yanaşı, bu  əsərlər  vətənpərvərlik  və  hərbi-vətənpərvərlik   ideyalarının  təbliğatçısı  kimi  çıxış  edərək, oxucunu  vətən  uğrunda  mübarizliyə,  hünərə  və  cəfakeşliyə  səsləyir.

Müəllifin  yaradıcılığında  vətən  yalnız  coğrafi  məkan  kimi  deyil,  tarix, şahid  xatirələri,  milli  yaddaş  və  mənəvi  borc  anlayışları  ilə  bütöv  şəkildə təqdim olunur. Bu  isə  oxucuda  vətənə  bağlılıq  hissini  daha  da  dərinləşdirir  və qəhrəmanlığın sadəcə döyüş meydanında deyil, gündəlik həyatda da nümayiş etdirilməli bir dəyər olduğunu göstərir. Həmçinin qeyd etməliyəm ki, Ruhulla Zahidovun  vətənpərvərlik  mövzusunda  qələmə  aldığı  kitablar  həm  ideya-məzmun,  həm  də  tərbiyəvi-estetik  baxımdan  böyük  əhəmiyyət  daşıyır.  Bu əsərlər oxucuları milli ruhda yetişdirməklə yanaşı, onları mənəvi cəhətdən möhkəmləndirir,  vətənə   xidmət   ideyasını  həyat   amalına   çevirir.

Bu yaradıcılıq uğurlarından biri də “Hara gedirsən, silahlı əsgər?!.” sənədli əsərdir.  Kitab  çoxillik  axtarışların  nəticələri  əsasında  ərsəyə  gəlib.  “Hara gedirsən,  silahlı  əsgər?!.”  sənədli  əsəri   Ruhulla   Zahidovun   yaradıcılığında  həm ideya-məzmun,  həm  də janr baxımından xüsusi çəkisi olan uğurlu nümunələrdəndir. Bu kitab müəllifin uzun illər apardığı araşdırmaların, müşahidələrin   və  mənəvi  axtarışların  məntiqi  yekunu  kimi  ortaya  çıxır  və  məhz  bu  səbəbdən  oxucuya  təsir  gücü  ilə  seçilir.

Əsərin əsas üstünlüyü onun sənədli xarakterindədir. Müəllif hadisələri uydurma  qəhrəmanlar  üzərindən  deyil,  real  faktlar, şahid  ifadələri,  həyatın özündən  gələn  talelər  vasitəsilə  təqdim  edir.  Bu  isə  oxucuda  hadisələrə  qarşı daha   güclü   inam   və   emosional  bağ  yaradır.  Kitabda  silahlı  əsgər  obrazı  yalnız  fiziki  gücün  təcəssümü  deyil,  mənəvi  məsuliyyətin,  vətən  qarşısında  borcun  və  tarixi  missiyanın  simvolu  kimi  çıxış  edir.  Qeyd  etməliyəm  ki,  əsərin sənədli  xarakterinin  ideya-estetik  rolu  real fakt və şahid ifadələrinin üstünlüyündən  irəli  gələrək  həmçinin  sənədli  məzmunla  qurulmasında  onu  yalnız ədəbi məhsul olmamaqdan çıxarmaqla ciddi faktoloji mətnə çevirir. Bu səbəbdən də əsər oxucu üçün “sadə bir oxu obyekti” olmayıb, mütəfəkkir və müşahidəçi mövqeyi olaraq təqdim edilir. Sözsüz  ki, Ruhulla  Zahidov  “Hara gedirsən,  silahlı  əsgər?!.”  sənədli  əsərində  tarixi  hadisələri   şəxsiyyətlərin   taleləri  zaman  məntiqi  ilə  təqdim  etməklə  proseslərin   zamanla  necə  görünməsini  daha  aydın  göstərə  bilir.

Əsərdəki  silahlı  əsgər  obrazı  sadəcə  döyüş  meydanının  fiziki  simvolu deyil,  o,  həm  də  mənəvi  məsuliyyətin  təcəssümü  əsgər  obrazı  olaraq  yalnız güc  sahibi  insan  deyil,   həm  də  mənəvi  yük,  borc  və  qətiyyət  daşıyıcısıdır.  O, vətən uğrunda deyilən sözlərin canlı nümunəsinə çevrilməklə vətənə qarşı məsuliyyətinin   fərqində  olan  bir  varlıq  kimi  təqdim  edilir.  Xüsusi  olaraq  qeyd etmək  lazımdır  ki,  belə  bir  yanaşma  həmçinin  kitabı sadə ədəbi əsərdən çıxararaq, onu mədəni-sosioloji, tarixi-psixoloji və emosional-simvolik bir fenomenə  çevirir.

“Hara gedirsən?”  sualı  əsərin  ideya  mərkəzində  dayanır  və  fəlsəfi  məna daşıyır.  Bu  sual  təkcə  döyüşə  yollanan  əsgərə  ünvanlanmır,  eyni  zamanda  hər bir  oxucunu  düşündürür:  insan  hansı  amal  uğrunda  yaşayır,  hansı  dəyərlər naminə  mübarizə  aparır,  vətən  anlayışı  onun  həyatında  nə  qədər  önəmlidir? Müəllif  bu  suallar  vasitəsilə  oxucunu  daxili  hesabat  verməyə,  mənəvi   mövqeyini   müəyyənləşdirməyə   sövq   edir.

Kitabda  qəhrəmanlıq  anlayışı  pafoslu   şüarlar   səviyyəsində  deyil,  real həyat  nümunələri  fonunda  təqdim  olunur.  Müəllif  əsgərin  cəsarətini,  dözümlülüyünü,  çətin  anlarda  verdiyi  qərarları,  ailədən  və  rahat  həyatdan  keçərək   vətən   uğrunda  mübarizəyə  atılmasını  sənədli  faktlarla  açır.  Bu  yanaşma  qəhrəmanlığı  əlçatmaz  zirvə  kimi  deyil,  zərurət  yarandıqda  hər  bir  vətəndaşın  üzərinə  düşən   məsuliyyət  olaraq   göstərə  bilir.

Əsərin  mühüm  cəhətlərindən  biri  də  onun  tərbiyəvi  funksiyasıdır.  “Hara gedirsən,  silahlı  əsgər?!.”  gənc  nəsildə  vətənpərvərlik  və  hərbi-vətənpərvərlik ruhunun   formalaşmasına  xidmət  edir.  Kitab  oxucunu  yalnız  qürurlandırmır,  eyni  zamanda  düşündürür,  möhkəmləndirir  və  mənəvi  cəhətdən  daha  uğurlu  mövqe  üçün  hazırlayır. Burada  vətən  sevgisi  emosional  çağırışlardan  çox,  məsuliyyət,  sədaqət  və  fədakarlıq  anlayışları  ilə  təqdim  olunur.

Dil  və  üslub  baxımından  da  əsər  oxunaqlıdır. Sənədli  janra  xas  olan dəqiqlik  qorunmaqla  yanaşı,  müəllif   bədii  ifadə  vasitələrindən  yerində  istifadə edir.  Bu  isə  mətnin  həm  informativ,  həm  də  estetik  dəyərini  artırır.  Oxucu faktlarla  tanış  olmaqla  yanaşı,  hadisələrin  ruhunu,  ağrısını  və  qürurunu  da  hiss edir.

Nəticə  etibarilə,  “Hara  gedirsən,  silahlı  əsgər?!.”  sənədli  əsəri  Ruhulla Zahidovun   yaradıcılığında   vətənpərvərlik  mövzusunun  dərin,  əsaslandırılmış  və  təsirli  ifadəsidir.  Bu  kitab  təkcə  keçilmiş  yolun  salnaməsi  deyil,  həm  də  gələcək  nəsillər  üçün  mənəvi  bələdçi,  qəhrəmanlıq  məktəbi  rolunu  oynayır.  Oxucu  bu  əsəri  bitirdikdən  sonra  yalnız  oxumuş  olmur,  həm  də  bir  mövqe  qazanmış  olur.

Anar  Ərtoğrul  Burcəliyev

    Teatrşünas-tənqidçi

“Hara gedirsənsilahlı əsgər?!..” – Ruhulla Zahidov yazır